
Əli Əliyev
Bakı, A.Səhhət, 45 (IV korpus)
+(994) 12 541-56-93; 440-79-85
1986-cı ildə Biləsuvar rayonu Çaylı kənd orta məktəbini bitirib.
1987-1989-cu illərdə hərbi xidmətdə olub.
1989-cu ildə N. Voznesenski adına Leninqrad-Maliyyə İqtisad İnstutunun Bakı filialına daxil olmuşdur.
1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Statistika ixtisası üzrə bitirmişdir.
1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitunun aspiranturasına (qiyabi təhsil üzrə) daxil olmuş, oranı müvəffəqiyyətlə bitirmiş və 2005-ci ildə «Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin statistik tədqiqi» mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin doktaranturasında təhsilini davam etdirib.
1997-2000-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin «İdarəetmə» kafedrasında müəllim vəzifəsində çalışmışdır.
2000-ci ilin sentyabrından «Statistka» kafedrasında baş müəllim, 2008-ci ildən dosent vəzifəsində çalışıb.
Hazırda UNEC-in “Riyaziyyat və statistika ” kafedrasının dosentidir.
60 ç.v. həcmdə 50-dən çox elmi və metodiki əsərin, o cümlədən, 1 monoqrafiyanın və 6 dərs vəsaitinin müəllifidir: «1990-2000-ci illərdə Azərbayjan iqtisadiyaatı: inkişaf meyli, strategiyası və problemləri», (monoqrafiya), (birgə müəlliflər), «Əhali statistikası», dərs vəsaiti, (birgə müəlliflər) «Sosial-iqtisadi statistia», dərs vəsaiti, (birgə müəlliflər), «Sosial-iqtisadi statistiadan məsələlər külüyyatı», dərs vəsaiti, (birgə müəlliflər), «Maliyyə və bank statistikası» dərs vəsaiti, (birgə müəlliflər), “Statistikanın nəzəriyyəsi”, dərs vəsaiti, “Statistika ”, dərs vəsaiti və s.
ELMİ ƏSƏRLƏRİN SİYAHISI