Əli Əliyev

Əli Əliyev

Avesis link

Bakı, A.Səhhət, 45 (IV korpus)
+(994) 12 541-56-93; 440-79-85

Əliyev Əli İmaş oğlu 1968-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur.
1986-cı ildə Biləsuvar rayonu Çaylı kənd orta məktəbini bitirib.
1987-1989-cu illərdə hərbi xidmətdə olub.
1989-cu ildə N. Voznesenski adına Lenin­qrad-Maliyyə İqtisad İnstutunun Bakı filialına daxil olmuşdur.
1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Statistika ixtisası üzrə bitirmişdir.
1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitunun aspiranturasına (qiyabi təhsil üzrə) daxil olmuş, oranı müvəffəqiyyətlə bitirmiş və 2005-ci ildə «Azərbaycan Respublikasının xarici iqti­sadi əlaqələrinin statistik tədqiqi» mövzusunda  dissertasiya işini müdafiə edərək iqtisad elmləri nami­zədi elmi dərəcəsini almışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin doktaranturasında təhsilini davam etdirib.
1994-1997-ci illərdə «AEROSMİS» firmasında mühasib vəzifəsində çalışmışdır.
1997-2000-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin «İdarəetmə» kafedr­asın­da müəllim vəzifəsində çalışmışdır.
2000-ci ilin sentyabrından «Statistka» kafedrasında baş müəllim, 2008-ci ildən dosent vəzi­fə­sində çalışıb. 
Hazırda UNEC-in “Riyaziyyat və statistika ” kafedrasının dosentidir.

60 ç.v. həcmdə 50-dən çox elmi və metodiki əsərin, o cümlədən, 1 monoqrafiyanın və 6 dərs vəsaitinin müəl­lifidir: «1990-2000-ci illərdə Azərbayjan iqtisadiyaatı: inkişaf meyli, strategiyası və problemləri», (monoqrafiya), (birgə müəlliflər), «Əhali statistikası», dərs vəsaiti, (birgə müəlliflər) «Sosial-iqtisadi statistia», dərs vəsaiti, (birgə müəlliflər), «Sosial-iqti­sadi statistiadan məsələlər külüyyatı», dərs vəsaiti, (birgə müəlliflər),  «Maliyyə və bank sta­tistikası» dərs vəsaiti, (birgə müəlliflər), “Statistikanın nəzəriyyəsi”, dərs vəsaiti, “Statistika ”, dərs vəsaiti və s.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI