Sevinc Abbasova

Sevinc Abbasova

Ссылка Avesis

Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98
sevinjabbasova@unec.edu.az

Abbasova Sevinc Ağaməmməd qızı D. Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini “Mühasibat uçotu” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Təyinat ilə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Normativ-tədqiqat bürosunda iqtisadçı, sonra böyük iqtisadçı, 1993-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun sosioloji eimi-tədqiqat laboratoriyasında elmi işçi vəzifələrində çalışmışdır. 1995-2004-cü illərdə müsabiqə yolu ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadi təhlil” kafedrasının müəllimi, baş müəllimi, 2004-2017-ci illərdə “İqtisadi təhlil və audit”, sonra “Mühasibat uçotu və audit” kafedrasının dosenti vəzifələrində çalışıb.

16.09.2017-ci il tarixindən UNEC-in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosenti, “Mühasibat uçotu və audit” ixtisasının rəhbəri vəzifəsində çalışıb. 16.09.2019-ci il tarixindən “Tətbiqi iqtisadiyyat” kafedrasının müdiri vəzifəsində çalışır.


Mühasibat uçotu, o cümlədən idarəetmə uçotu, idarəetmə təhlili, maliyyə hesabatı, maliyyə menecmenti, auditin müxtəlif aktual problemlərinə həsr olunmuş  117 elmi əsərin, o cümlədən, 3 dərsliyin, 5 dərs vəsaitin, 1 monoqrafiyanın müəllifidir. 30 elmi məqaləsi xarici ölkələrdə nəşr olunub, o cümlədən Web of Science və Skopus bazalarında.  UNEC-də  tədbiq olunan “Differensial Əmək Haqqı” sistemində hər il reytinq cədvəlində ilk 100-lüyə daxil olub.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

İşlədiyi müddətdə elmi-pedaqoji fəaliyyəti və universitetin ictimai həyatındakı fəal iştirakına görə dəfələrlə təşəkkürnamələr alıb.
 2016 ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Qabaqçıl təhsil işçisi» adlı döş nişanı ilə təltif olunub, 2020 və 2025 illərdə isə Nazirlik tərəfindən Fəxri Fərmana layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

2012-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın eksperti işləyib.
Respublika Peşəkar Mühasiblər Təşkilatının üzvüdür.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. Bir övladı var.