Sevinc Abbasova   Ağaməmməd

Sevinc Abbasova Ağaməmməd

“Tətbiqi iqtisadiyyat” kafedrasının müdiri

Avesis link
Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98
sevinjabbasova@unec.edu.az
Abbasova Sevinc Ağaməmməd qızı D. Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini “Mühasibat uçotu” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Təyinat ilə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Normativ-tədqiqat bürosunda iqtisadçı, sonra böyük iqtisadçı, 1993-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun sosioloji eimi-tədqiqat laboratoriyasında elmi işçi vəzifələrində çalışmışdır. 1995-2004-cü illərdə müsabiqə yolu ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadi təhlil” kafedrasının müəllimi, baş müəllimi, 2004-2017-ci illərdə “İqtisadi təhlil və audit”, sonra “Mühasibat uçotu və audit” kafedrasının dosenti vəzifələrində çalışıb.
16.09.2017-ci il tarixindən UNEC-in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosenti, “Mühasibat uçotu və audit” ixtisasının rəhbəri vəzifəsində çalışıb. 16.09.2019-ci il tarixindən “Tətbiqi iqtisadiyyat” kafedrasının müdiri vəzifəsində çalışır.
Mühasibat uçotu, o cümlədən idarəetmə uçotu, idarəetmə təhlili, maliyyə hesabatı, maliyyə menecmenti, auditin müxtəlif aktual problemlərinə həsr olunmuş  117 elmi əsərin, o cümlədən, 3 dərsliyin, 5 dərs vəsaitin, 1 monoqrafiyanın müəllifidir. 30 elmi məqaləsi xarici ölkələrdə nəşr olunub, o cümlədən Web of Science və Skopus bazalarında.  UNEC-də  tədbiq olunan “Differensial Əmək Haqqı” sistemində hər il reytinq cədvəlində ilk 100-lüyə daxil olub.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI
İşlədiyi müddətdə elmi-pedaqoji fəaliyyəti və universitetin ictimai həyatındakı fəal iştirakına görə dəfələrlə təşəkkürnamələr alıb.2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Qabaqçıl təhsil işçisi» adlı döş nişanı ilə təltif olunub, 2020 və 2025 -ci illərdə isə Nazirlik tərəfindən Fəxri Fərmana layiq görülüb.Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
2012-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın eksperti işləyib.
Respublika Peşəkar Mühasiblər Təşkilatının üzvüdür.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. Bir övladı var.