Xarici Dillər Departamenti

UNEC-in Xarici Dillər departamentində ingilis, fransız, alman, rus dilləri tədris olu­nur.

UNEC-də  xarici dillərin tədrisinin keyfiyyətinin artırılması zəruriliyini nəzərə alaraq,  06.09.2023-cü il tarixdə “Xarici dillər” kafedrası ləğv edilərək onun bazasında müstəqil struktur bölmə kimi “Xarici dillər departamenti” yaradılıb. Departamentin məqsədi: UNEC tələbələrinin xarici dillərdə peşəkar səviyyədə ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirmək; akademik və peşəkar xarici dil hazırlığı təmin etmək; Universitetin beynəlxalqlaşma strategiyasına uyğun olaraq tədris, tədqiqat və beynəlxalq əməkdaşlıqda xarici dil imkanlarını genişləndirmək; Xarici dildə tədris olunan ixtisaslar üçün tələbələrin dil hazırlığını yüksəltmək və keyfiyyətə nəzarət etmək; Tədris prosesinin keyfiyyətinə daxili nəzarət və monitorinq; Xarici dil 

  • dərslərinin kurrikulum və sillabuslarının hazırlanması və yenilənməsi; Tələbələrin dil biliklərinin qiymətləndirilməsi (testlər, semestr imtahanları, speaking/writing qiymətləndirmələri) və s.
    *

Xarici dillər departamentinin tərkibində fəaliyyət göstərən struktur bölmələr:

“Xarici dillərin tədrisi mərkəzi”;
“Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzi”

“UNEC Dil mərkəzi”;
“Tərcümə mərkəzi”.

Department xəbərləri

09 Eylül 2025
UNEC: Milli dildə keyfiyyətli təhsil modeli
22 Nisan 2025
UNEC nümayəndəsi Polis Akademiyasında tələbələrlə görüş keçirdi
28 Ocak 2025
UNEC Səudiyyə Ərəbistanda keçirilən sərgidə təmsil olunub
17 Ekim 2024
Tələbələrə “XDİAK” fənninin tədrisi və qiymətləndirilməsi barədə məlumat verilib

İletişim

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası, I mərtəbə, otaq 123

Telefon

+(994) 12 492-59-03 (1220)

E-posta

ufld@unec.edu.az

Digər departmentlər