UNEC-in Xarici Dillər departamentində ingilis, fransız, alman, rus dilləri tədris olunur.
UNEC-də xarici dillərin tədrisinin keyfiyyətinin artırılması zəruriliyini nəzərə alaraq, 06.09.2023-cü il tarixdə “Xarici dillər” kafedrası ləğv edilərək onun bazasında müstəqil struktur bölmə kimi “Xarici dillər departamenti” yaradılıb. Departamentin məqsədi: UNEC tələbələrinin xarici dillərdə peşəkar səviyyədə ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirmək; akademik və peşəkar xarici dil hazırlığı təmin etmək; Universitetin beynəlxalqlaşma strategiyasına uyğun olaraq tədris, tədqiqat və beynəlxalq əməkdaşlıqda xarici dil imkanlarını genişləndirmək; Xarici dildə tədris olunan ixtisaslar üçün tələbələrin dil hazırlığını yüksəltmək və keyfiyyətə nəzarət etmək; Tədris prosesinin keyfiyyətinə daxili nəzarət və monitorinq; Xarici dil
dərslərinin kurrikulum və sillabuslarının hazırlanması və yenilənməsi; Tələbələrin dil biliklərinin qiymətləndirilməsi (testlər, semestr imtahanları, speaking/writing qiymətləndirmələri) və s.
*
Xarici dillər departamentinin tərkibində fəaliyyət göstərən struktur bölmələr:
“Xarici dillərin tədrisi mərkəzi”;
“Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzi”