Mühasibat və Maliyyə Tədqiqat Mərkəzi

UNEC-in Elmi Şurasının 16.09.2022-ci il tarixli qərarının icrasını təmin etmək məqsədilə 13.10.2022-ci il tarixdən UNEC Mühasibat və Maliyyə Tədqiqat Mərkəzi yaradılıb.

UNEC Rektorunun 01 dekabr 2022-ci il tarixli 1019/3/2022 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik PhD dos. Məlikov Kamran Telman oğluna həvalə edilmişdir.

Mərkəzin missiyası mühasibat və maliyyə sahəsində elmi yenilikləri
təşviq etməklə şəffaf, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi mühitin formalaşmasına töhfə 
verməkdir.


Mədsəd:

UNEC Mühasibat və Maliyyə Tədqiqat Mərkəzinin məqsədi mühasibat
uçotu və maliyyə sahəsində elmi-tədqiqatların aparılması, müasir nəzəri və praktiki
yanaşmaların inkişaf etdirilməsi, həmçinin
ölkə iqtisadiyyatında şəffaflıq,
hesabatlılıq və maliyyə dayanıqlığının
gücləndirilməsinə elmi-analitik dəstək verməkdir.

Əsas məqsədlər:

- Mühasibat uçotu və maliyyə üzrə elmi-tədqiqat işləri aparmaq, yeni metod və yanaşmalar işləyib hazırlamaq;
- Beynəlxalq standartlara uyğun mühasibat və maliyyə hesabatlılığını təşviq etmək;
- Maliyyə idarəçiliyinin səmərəliliyini artırmaq üçün elmi əsaslı təkliflər hazırlamaq;
- Dövlət və biznes strukturları üçün analitik hesabatlar və məsləhət xidmətləri təqdim etmək;
- Maliyyə savadlılığının artırılmasına və mütəxəssis hazırlığına metodoloji dəstək göstərmək;
- Mühasibat və maliyyə sahəsində beynəlxalq təcrübəni öyrənmək və tətbiq imkanlarını araşdırmaq.

Mərkəzin üzvləri:

Bize ulaşın

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Telefon

+994 (012) 492-57-31

E-posta

afrc@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri