UNEC-in Elmi Şurasının 16.09.2022-ci il tarixli qərarının icrasını təmin etmək məqsədilə 13.10.2022-ci il tarixdən UNEC Mühasibat və Maliyyə Tədqiqat Mərkəzi yaradılıb.
Mərkəzin missiyası mühasibat və maliyyə sahəsində elmi yenilikləri
təşviq etməklə şəffaf, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi mühitin formalaşmasına töhfə verməkdir.
Mədsəd:
UNEC Mühasibat və Maliyyə Tədqiqat Mərkəzinin məqsədi mühasibat
uçotu və maliyyə sahəsində elmi-tədqiqatların aparılması, müasir nəzəri və praktiki yanaşmaların inkişaf etdirilməsi, həmçinin
ölkə iqtisadiyyatında şəffaflıq, hesabatlılıq və maliyyə dayanıqlığının
gücləndirilməsinə elmi-analitik dəstək verməkdir.
Əsas məqsədlər:
- Mühasibat uçotu və maliyyə üzrə elmi-tədqiqat işləri aparmaq, yeni metod və yanaşmalar işləyib hazırlamaq;
- Beynəlxalq standartlara uyğun mühasibat və maliyyə hesabatlılığını təşviq etmək;
- Maliyyə idarəçiliyinin səmərəliliyini artırmaq üçün elmi əsaslı təkliflər hazırlamaq;
- Dövlət və biznes strukturları üçün analitik hesabatlar və məsləhət xidmətləri təqdim etmək;
- Maliyyə savadlılığının artırılmasına və mütəxəssis hazırlığına metodoloji dəstək göstərmək;
- Mühasibat və maliyyə sahəsində beynəlxalq təcrübəni öyrənmək və tətbiq imkanlarını araşdırmaq.
Mərkəzin rəhbəri, Böyük Britaniyanın Southampton Universitetinin dosenti (Southampton/Böyük Britaniya)
Sauthempton Biznes Məktəbinin Mühasibat Uçotu Departamentinin professoru (Southampton, Böyük Britaniya)
Essex Universitetinin Essex Biznes Məktəbinin Mühasibat uçotu üzrə müəllimi (Essex, Böyük Britaniya)
Böyük Britaniyanın Brunel Universitetinin Biznes Məktəbinin dosenti (London/Böyük Britaniya)
Southampton Universitetinin Mühasibat Uçotu kafedrasının professoru (Southampton/Böyük Britaniya)
HEC Liège Lüksemburq Universitetinin İdarəetmə uçotu kafedrasının müəllimi (Kirxberq/Lüksemburq)