Yaradıcılıq mərkəzi tələbələrin asudə vaxtlarının səmərəli formada keçməsini, tədbirlərin bədii hissəsinin hazırlanmasını təşkil edir.
Universitetimizdə fəaliyyət göstərən UNEC Yaradıcılıq Mərkəzi sənətsevər tələbələr üçün bir yaradıcılıq ocağıdır! Burada müxtəlif sahələr üzrə dərnəklər və ən əsası siz dəyərli tələbələrimizin asudə vaxtlarını daha səmərəli keçirməsi üçün fəaliyyət göstəririk.
Yaradıcılıq Mərkəzinin tərkibində fəaliyyət göstərən dərnəklər:
Rəqs dərnəyi
Rəsm dərnəyi
Teatr dərnəyi
Vokal dərnəyi
İnstrumental ifa dərnəyi
Bədii-qiraət dərnəyi
Xalq çalğı alətləri ansamblı
Radio UNEC
Bizim dərnəklər həm yerli, həm də beynəlxalq uğurlar qazanıb:
Rəqs, Rəsm, İnstrumental və Xalq çalğı alətləri dərnəklərimiz yerli müsabiqələrdə birinci yerlərə layiq görülüb.
Teatr və Vokal dərnəklərimiz isə universitetimizi həm yerli, həm də beynəlxalq səviyyədə təmsil edib.
UNEC Yaradıcılıq Mərkəzi sənə öz yaradıcılıq potensialını kəşf etmək, yeni dostlar qazanmaq və səhnədə özünü sınamaq imkanı verir. Təcrübən olmasa da, əsas istək və yaradıcılıq həvəsindir!
Gəl, universitetin yaradıcı dünyasına qoşul və öz istedadını parlaq işıqla göstər!