Yaradıcılıq Mərkəzi

Yaradıcılıq mərkəzi tələbələrin asudə vaxtlarının səmərəli formada keçməsini, tədbirlərin bədii hissəsinin hazırlanmasını təşkil edir.

Universitetimizdə fəaliyyət göstərən UNEC Yaradıcılıq Mərkəzi sənətsevər tələbələr üçün bir yaradıcılıq ocağıdır! Burada müxtəlif sahələr üzrə dərnəklər və ən əsası siz dəyərli tələbələrimizin asudə vaxtlarını daha səmərəli keçirməsi üçün fəaliyyət göstəririk.

Yaradıcılıq Mərkəzinin tərkibində fəaliyyət göstərən dərnəklər:
Rəqs dərnəyi
Rəsm dərnəyi
Teatr dərnəyi
Vokal dərnəyi 
İnstrumental ifa dərnəyi
Bədii-qiraət dərnəyi
Xalq çalğı alətləri ansamblı

Radio UNEC

Bizim dərnəklər həm yerli, həm də beynəlxalq uğurlar qazanıb:
Rəqs, Rəsm, İnstrumental və Xalq çalğı alətləri dərnəklərimiz yerli müsabiqələrdə birinci yerlərə layiq görülüb.

Teatr və Vokal dərnəklərimiz isə universitetimizi həm yerli, həm də  beynəlxalq səviyyədə təmsil edib.

UNEC Yaradıcılıq Mərkəzi sənə öz yaradıcılıq potensialını kəşf etmək, yeni dostlar qazanmaq və səhnədə özünü sınamaq imkanı verir. Təcrübən olmasa da, əsas istək və yaradıcılıq həvəsindir!

Gəl, universitetin yaradıcı dünyasına qoşul və öz istedadını parlaq işıqla göstər!

Əməkdaşlar

UNEC-in döyünən nəbzi!

Bizimlə qalın, günün nəbzini bizimlə birgə tutun!

最新新闻

02 五月 2025
UNEC tələbələri “JustDanceFest” rəqs festivalının qalibi olub
22 四月 2025
UNEC-də Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçirilib
10 三月 2025
UNEC Yaradıcılıq mərkəzinin üzvləri aktyor Vüsal Murtuzəliyevlə görüşüblər

联系我们

Ünvan: İstiqlaliyyət küçəsi, 6, Əsas tədris binası, I mərtəbə

电话

+(994) 12 505-57-82 ; 18-46 (1171)

电子邮件

elmanjafarov@unec.edu.az elmantelmanoglu@gmail.com