“İqtisadçi Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İCTİMAİ BİRLİYİ haqqında
“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyi 18 sentyabr 2015-ci il UNEC-in Elmi Şurasının qərarı ilə yaradılmışdır.
Birlik “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nizamnaməsində müəyyən edilmiş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki şəxsin təşəbbüsü ilə yaradılmış, könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və gəlirini üzvlər arasında bölməyən, daimi əsaslarla fəaliyyət göstərən ictimai birlikdir.
Təşkilat yarandığı gündən ümumilikdə 50-dən çox layihəyə təşkil və tərəfdaşlıq etmişdir.
Azərbaycanda ilk dəfə olaraq Gənclərin Karyera Forumu-2016 layihəsini uğurla başa vurmuşdur.
Məqsəd və vəzifələri:
• elmin və təhsilin inkişafı, gənclər siyasəti sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək;
• tələbələr arasında əməkdaşlığı və təcrübə mübadiləsini təşviq etmək;
• iqtisadçı tələbələr arasında yaradıcılığın inkişafına yardım etmək;
• elmi araşdırmalar aparır, müxtəlif kuslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir;
• ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir;
• məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir;
• Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.