Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi 1974-cü ildə yaradılmışdır. Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbə kollektivini özündə birləşdirən dövlət qeydiyyatından keçmiş, universitetdə fəaliyyət göstərən ictimai təşkilatdır. THİK tələbə həyatını daha mənalı və maraqlı etmək üçün müxtəlif sahələrdə çalışır.
UNEC THİK-i tələbələrin sosial məsələləri ilə də yaxından məşğul olur. Təşkilat az təminatlı ailələrin övladlarına müxtəlif formalarda maddi yardım edir. Tələbələrin asudə vaxtalarını səmərəli keçirməsi üçün düşərgələr, turlar və gəzintilər təşkil edilir. Təşkilat tələbələrin elmi dünyagörüşünü inkişaf etdirmək məqsədilə tarixi əlamətdar günlərə həsr olunmuş elmi-praktik konfranslar keçirir.