Təşkilatın məqsadi:
Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən İqtisadçı Vətənpərvərlər Təşkilatı 2016-cı ildə İqtisadçı Vətənpərvərlər Mərkəzi adı altında yaradılmışdır.
UNEC-in 08.12.2018-ci il tarixli Elmi Şurasının qərarı ilə təşkilatın Əsasnaməsi qəbul olunmuşdur.
İqtisadçı Vətənpərvərlər Təşkilatı Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin ümumi maraqlarına və könüllülük prinsiplərinə əsaslanan təşkilatdır.
İqtisadçı Vətənpərvərlər Təşkilatının əsas məqsədi tələbələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsidir.
Bu istiqamətdə tədbirlərin keçirilməsi və tələbələr arasında vətənpərvərlik təbliğatının aparılması, şəhid ailələri və qazilərlə tələbələr arasında sıx əlaqələrin yaradılması, cəbhə bölgələrinə səfər edilməsi və qəhrəmanlarımızın döyüş yolları barədə tələbələrə düzgün məlumat çatdırılmasıdır.
Bu istiqamətdə təşkilat bir çox layihələr və tədbirlər həyata keçirmişdir.