Elmmetrika Şöbəsi

Şöbənin fəaliyyət istiqaməti elmi informasiya axını və massivlərinin dinamika və strukturunun tədqiqatı ilə məşğul olmaqdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin (EFTİED) struktur bölməsi olan Elmmetrika şöbəsi UNEC Rektorunun 828/3/2018 №-li əmri ilə yaradılmışdır. 10.09.2025-ci il tarixdən  Elmmetrika şöbəsi  Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin tərkibindən çıxarılaraq müstəqil struktur bölmə kimi fəaliyyət göstərir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  və nümayəndələrinin nəşr aktivliyinin və istinadlarının artırılması, sistemləşdirilməsi, monitorinqi və bu sahədə dəstəyin göstərilməsi, beynəlxalq bazalarda indeksləşən elmi toplularda nəşr imkanlarının stimullaşdırılması şöbənin əsas məqsədlərinə daxildir.

 

ŞÖBƏNİN VƏZİFƏLƏRİ:

• Nüfuzlu elmi bazalarda universitetə (UNEC) istinadın kəmiyyət
və keyfiyyət
göstəricilərinə nəzarət;

• Universitetdə aparılan elmi-tədqiqat işlərinin səviyyəsinin
art
ırılması və professor-müəllim heyətinin elmi-tədqiqat
fəaliyyətinin y
üksəldilməsi istiqamətində məlumatlandırıcı məlumatların hazırlanması;

• Beynəlxalq nüfuzlu elmi bazaları ilə elmi əməkdaşlığı
genişləndirmək, müasir elmi texniki yeniliklərin universitetdə
tətbiqinə nail olmaq və beynəlxalq bazalarda indekslə
şən
jurnallar
ın redaksiya heyətləri ilə əməkdaşlığın yaradılması;
*
Elmmetrik göstəricilər

*

• Universitetin professor-müəllim və elmi heyətinin elmi nəşrləri üzrə informasiya verilənlər bazasının (information data base) yaradılması və formalaşdırılması;

• Konfrans toplusu beynəlxalq bazalarda indeksləşən elmi konfransların təşkili;

• Beynəlxalq elmi təşkilatların təşkil etdiyi təlimlərə UNEC nümayəndələrinin cəlb edilməsi;

• Beynəlxalq bazalarda yer alan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nümayəndələrinin illər üzrə nəşr dinamikasının hazırlanması.
*

UNEC müəllimlərinin akademik profilləri

Şöbə xəbərləri

09 Aralık 2025
UNEC nümayəndələri Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində əməkdaşlıq imkanlarını müzakirə ediblər

İletişim

Ünvan: Bakı, İstiqlaliyyət, 6 (I korpus, otaq 124)

Telefon

+(994) 12 492-72-98

E-posta

elmmetrika@unec.edu.az

Digər bölmələr