Elmmetrika şöbəsi

Şöbənin fəaliyyət istiqaməti elmi informasiya axını və massivlərinin dinamika və strukturunun tədqiqatı ilə məşğul olmaqdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin (EFTİED) struktur bölməsi olan Elmmetrika şöbəsi UNEC Rektorunun 828/3/2018 №-li əmri ilə yaradılmışdır. 10.09.2025-ci il tarixdən  Elmmetrika şöbəsi  Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin tərkibindən çıxarılaraq müstəqil struktur bölmə kimi fəaliyyət göstərir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  və nümayəndələrinin nəşr aktivliyinin və istinadlarının artırılması, sistemləşdirilməsi, monitorinqi və bu sahədə dəstəyin göstərilməsi, beynəlxalq bazalarda indeksləşən elmi toplularda nəşr imkanlarının stimullaşdırılması şöbənin əsas məqsədlərinə daxildir.

 

UNEC müəllimlərinin akademik profilləri

ŞÖBƏNİN VƏZİFƏLƏRİ:

  • Nüfuzlu elmi bazalarda universitetə (UNEC) istinadın kəmiyyət və keyfiyyət göstəricilərinə nəzarət;
  • Universitetdə aparılan elmi-tədqiqat işlərinin səviyyəsinin artırılması və professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətinin yüksəldilməsi istiqamətində məlumatlandırıcı məlumatların hazırlanması;
  • Beynəlxalq nüfuzlu elmi bazaları ilə elmi əməkdaşlığı genişləndirmək, müasir elmi texniki yeniliklərin universitetdə tətbiqinə nail olmaq və beynəlxalq bazalarda indeksləşən jurnalların redaksiya heyətləri ilə əməkdaşlığın yaradılması;

*

  • Universitetin professor-müəllim və elmi heyətinin elmi nəşrləri üzrə informasiya verilənlər bazasının (information data base) yaradılması və formalaşdırılması;
  • Konfrans toplusu beynəlxalq bazalarda indeksləşən elmi konfransların təşkili;
  • Beynəlxalq elmi təşkilatların təşkil etdiyi təlimlərə UNEC nümayəndələrinin cəlb edilməsi;
  • Beynəlxalq bazalarda yer alan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nümayəndələrinin illər üzrə nəşr dinamikasının hazırlanması.
*
Elmmetrik göstəricilər

联系方式

Ünvan: Bakı, İstiqlaliyyət, 6 (I korpus, otaq 124)

电话

+(994) 12 492-72-98

电子邮件

elmmetrika@unec.edu.az

Digər bölmələr