Ümumi Şöbə

Şöbənin əsas məqsədi universitetdə sənəd dövriyyəsinin düzgün təşkili, sənədlərin qeydiyyatı, mühafizəsi və icrasına nəzarətdir.

Ümumi şöbə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yarandıqda dəftərxana kimi, 1996-cı ildən isə ayrıca şöbə kimi fəaliyyət göstərir.
Ümumi şöbənin əsas vəzifələri: Daxil olan sənədləri qəbul edir, qeydə alır, aidiyyatı üzrə bölüşdürülür və icraçılara çatdırılır; sənədləri təyinatı üzrə göndərilməsi təmin edir; sənədlərin icra müddətinə nəzarət edir; sənədləri işlər üzrə formalaşdırır və arxivə təhvil verir; arxiv materiallarının qorunması və düzgün saxlanılması və s.

Universitetə daxil olan və çıxan rəsmi məktubların, sənədlərin qeydiyyatını aparılması, rəhbərliyin göstərişi ilə sənədlərin aidiyyəti üzrə yönləndirilməsi, sənədlərin icrasına nəzarət edilməsi, vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması, kargü­zar­lı­ğın aparılması, bu sahədə universitetin struktur bölmələrinə yardım göstərilməsi Ümumi şöbə tərəfındən həyata keçirilir. 

İletişim

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası, I mərtəbə

Telefon

+(994) 12 437-10-86; 497-58-79, 492-15-09

E-posta

unec @unec.edu.az

Digər bölmələr