Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyası UNEC-in Elmi Şurasının 21 may 2018-ci il tarixli iclasının Qərarına əsasən yaranmışdır.
Laboratoriyanın 6 dekabr 2021-cil tarixində UNEC-də kimya üzrə Nobel mükafatı laureatı, professor Aziz Sancar tərəfindən açılışı olmuşdur. Müasir texnologiyalarla və avadanlıqlarla təchiz olunan laboratoriya mühəndislik və tətbiqi elmlər kafedrasının nəzdində fəaliyyət göstərir.