Yalçın Köçərli

Yalçın Köçərli

Avesis链接
Bakı, H.Əliyev küçısi, 135 (UNEC II Tədris korpusu)
492-59-03 (12 18)
Köçərli Yalçın Ənvər oğlu 1976-cı ildə Bakı şəhərində doğulub.
1993-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun Təhsil, elm və sosial-mədəni sahələrin iqtisadiyyatı ixtisası üzrə bakalavr; 1997-1999-cu illərdə magistr dərəcəsi üzrə təhsil alıb.
2000-2003-cü illərdə İqtisad Universitetinin  aspiranturasını bitirib.
2000-ci ildən İqtisad Universitetinin «Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi» kafedrasında müəllim, 2018-ci ildən baş müəliim vəzifəsində çalışıb. Hazırda UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimidir.
21-22 iyun 2007-ci ildə «İslam Konfransı Təşkilatına üzv ölkələrin iqtisadiyyatında turizmin rolu» Beynəlxalq elmi-praktiki konfransında «Azərbaycanda turizm sahəsində beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri: təkliflər» mövzusunda çıxış edib.
8 dekabr 2007-ci il tarixində Azərbaycan Turizm İnstitutunda «Turizm və rekreasiya: problemlər və perspektivlər» adlı I Respublika elmi-praktiki konfransında;
22 noyabr 2008-ci ildə II Respublika elmi-praktiki konfransında;
25-27 may 2016-cı il  III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda çıxış edib.
UNEC-lə Mədəniyyət və Turizm Nazirliyi arasındakı əlaqələndirici komissiyanın üzvüdür. UNEC ekspertidir. 2015-ci ildən UNEC-də “Keyfiyyət elçisi”dir. 
UNEC  rektorunun  24 aprel 2017-cı il əmrinə   əsasən  Distant, Qiyabi və Əlavə təhsil Mərkəzinin Qiyabi təhsil şöbəsinin müdiri vəzifəsinə  təyin olunub.
2022-ci ilin oktyabrında “İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatına yeni sədr və sədr müavini seçkiləri keçirilib. Yalçın Köçərli təşkilatın sədr müavini seçilib.
23 elmi məqalənin müəllifi, 18 fənn proqramının həmmüəllifidir.
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

Elmi əsərlər (hiperlinkli əlavələr)
16-17 aprel 2007-ci ildə Ümumdünya Turizm Təşkilatının «Turizm marketinqi və turizmdə reklam texnikası» beynəlxalq seminarında  sertifikatla təltif edilib.
19 dekabr 2009-cu ildə III Respublika elmi-praktiki konfransında universitetimiz adından müxtəlif mövzular üzrə çıxış etməklə sertifikatlarla təltif edilib.
29 aprel 2009-cu ildən Avropa İttifaqının maliyyə dəstəyi ilə «Peşə təhsili və təlimi sahəsndə islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası» layihəsi çərçivəsində turizmdə peşə standartlarının hazırlanması prosesində iştirak edərək mükaflandırılıb.
2015/2016-cı tədris ilində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.
Ailəlidir. Üç övladı var.