Yalçın Köçərli  Ənvər

Yalçın Köçərli Ənvər

QƏTM-nin şöbə müdiri, “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimi

Avesis link
Bakı, Həsən Əliyev 135, (II Tədris binası)
+(994) 12 564-38-92
1976-cı ildə Bakı şəhərində doğulub.
1993-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun Təhsil, elm və sosial-mədəni sahələrin iqtisadiyyatı ixtisası üzrə bakalavr; 1997-1999-cu illərdə magistr dərəcəsi üzrə təhsil alıb.
2000-2003-cü illərdə İqtisad Universitetinin  aspiranturasını bitirib.
2000-ci ildən İqtisad Universitetinin «Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi» kafedrasında müəllim, 2018-ci ildən baş müəliim vəzifəsində çalışıb. 
21-22 iyun 2007-ci ildə «İslam Konfransı Təşkilatına üzv ölkələrin iqtisadiyyatında turizmin rolu» Beynəlxalq elmi-praktiki konfransında «Azərbaycanda turizm sahəsində beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri: təkliflər» mövzusunda çıxış edib.
8 dekabr 2007-ci il tarixində Azərbaycan Turizm İnstitutunda «Turizm və rekreasiya: problemlər və perspektivlər» adlı I Respublika elmi-praktiki konfransında;
22 noyabr 2008-ci ildə II Respublika elmi-praktiki konfransında;
25-27 may 2016-cı il  III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda çıxış edib.
UNEC-lə Mədəniyyət və Turizm Nazirliyi arasındakı əlaqələndirici komissiyanın üzvüdür. UNEC ekspertidir. 2015-ci ildən UNEC-də “Keyfiyyət elçisi”dir. 
UNEC  rektorunun  24 aprel 2017-cı il əmrinə   əsasən  Distant, Qiyabi və Əlavə təhsil Mərkəzinin Qiyabi təhsil şöbəsinin müdiri vəzifəsinə  təyin olunub.
2022-ci ilin oktyabrında “İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatına yeni sədr və sədr müavini seçkiləri keçirilib. Yalçın Köçərli təşkilatın sədr müavini seçilib.
Hazırda UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimidir.
  • 16-17 aprel 2007-ci ildə Ümumdünya Turizm Təşkilatının «Turizm marketinqi və turizmdə reklam texnikası» beynəlxalq seminarında  sertifikatla təltif edilib.
  • 19 dekabr 2009-cu ildə III Respublika elmi-praktiki konfransında universitetimiz adından müxtəlif mövzular üzrə çıxış etməklə sertifikatlarla təltif edilib.
  • 29 aprel 2009-cu ildən Avropa İttifaqının maliyyə dəstəyi ilə «Peşə təhsili və təlimi sahəsndə islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası» layihəsi çərçivəsində turizmdə peşə standartlarının hazırlanması prosesində iştirak edərək mükaflandırılıb.
  • 2015/2016-cı tədris ilində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.
  • 25 noyabr 2020-ci il, Əmr № 4001. Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyi münasibətilə və səmərəli fəaliyyətinə, vəzifə funksiyalarını peşəkarlıqla yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Nazir Emin Əmrullayev tərəfindən təltif edilmişdir.
  • 498/3/2025 saylı əmrə əsasən əmək funksiyalarını məsuliyyətlə yerinə yetirdiyinə görə və  UNEC-in 95 illik yubileyi münasibətilə FƏXRİ FƏRMANLA təltif edilmişdir.
  • Hacettepe Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti arasında imzalanmış protokola əsasən 24.05.2021-30.06.2021 tarixlərdə “Sosial siyasət” fənni üzrə keçirilən təlim proqramını uğurla başa vurduğuna görə SERTİFİKAT -la təltif olunmuşdur. 
  • 08 fevral 2022-ci il (Sənəd №112-017-02-2022) “Sosial işdə idarəetmə” fənni üzrə keçirilən təlim proqramını uğurla başa vurduğuna görə SERTİFİKAT -la təltif olunmuşdur. 
  • 03 oktyabr 2022-ci il (Sənəd №256-017-10-2022) 1 saylı Bakı DOST Mərkəzinin direktoru Kamran Abdullayev tərəfindən “Azərbaycanda sosial yardım sistemi” fənni üzrə keçirilən təlim proqramını uğurla başa vurduğuna görə Sertifikatla -la təltif olunmuşdur.
Ailəlidir. Üç övladı var.