Hüquq şöbəsi

Hüquq şöbəsinin əsas məqsədi universitetin fəaliyyətində hüquqi məsələlərin həllini təşkil etmək və hüquqi risklərin qarşısını almaqla tədris, inzibati və idarəetmə proseslərinin qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsini təmin etməkdir.

UNEC-in Hüquq şöbəsi universitetin Eımi Şurasının 17 mart 2014-cü il tarixli EŞ-127/3 nömrəli Qərarı əsasında 02 aprel 2014-cü il tarixli 23/3 nömrəli Əmri ilə 07 aprel 2014-cü il tarixində yaradılmışdır. 

Hüquq şöbəsinin Əsasnaməsi 29 may 2014-cü il tarixində Elmi Şuranın iclasında təsdiq edilmişdir.

Şöbənin əsas məqsədi UNEC-in fəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsini təmin etmək, normativ-hüquqi bazasının yaradılması işini təşkil etməkdir. Şöbənin əsas vəzifələri UNEC-in müqavilə tərtibat işinin, iddia və tələblər üzrə işlərini təşkil etməkdən, universitetin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etməkdən, eləcə də hüquqi təhlil və ekspertiza işini təşkil etməkdən ibarətdir. 

Əlavə olaraq şöbə protokol, müqavilə, əmr, sərəncam və digər sənəd layihələrinə rəy verir, UNEC- in struktur bölmələri, habelə təşkilatın sərəncamına verilmiş müəssisə, idarə və təşkilatlar tərəfindən hüquqi ekspertiza və normativ-hüquqi təminat işinin aparılması üzərində rəhbərliyi həyata keçirir, struktur bölmələrə və işçilərinə hüquqi məsələlər üzrə göstərişlər və məsləhətlər verir, qanunvericilikdəki dəyişiklikləri izləyərək UNEC-in müvafiq strukturlarını məlumatlandırır.

Şöbə xəbərləri

14 十一月 2024
UNEC-də inzibati heyət üçün təlimlər davam edir
02 十一月 2018
Açıq Hökumətin təşviqinə dair mühazirələr

联系方式

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası, I mərtəbə

电话

(994) 12 492-59-03 (1131)

电子邮件

k.bunyadova@unec.edu.az

Digər bölmələr