Azərbaycan dili

Kafedra universitetdə fəaliyyət göstərən əsas struktur bölmələrindən biri kimi tələbələrə Azərbaycan dilində işgüzar və akademik kommunikasiyanın, eyni zamanda nitq mədəniyyətinin sirlərini aşılayır.

 

Kafedra əməkdaşlarının yerinə yetirdiyi elmi-tədqiqat işlərində Azərbaycan dilində İşgüzar və akademik kommunikasiyanı müxtəlif yönlərdən araşdırılır, habelə fonetik, morfoloji, leksikoloji və sintaktik özünəməxsusluqları geniş şəkildə tədqiq edilir. Tədqiqatlar zamanı Azərbaycan dilinin öyrədilməsinin təşkili, dərs prosesinin keyfiyyətinin yüksəldilməsi yolları, tədrisin təşkilinə sistemli yanaşma metodologiyasının işlənib hazırlanmasına nail olunmuşdur; Azərbaycan və türk dillərinin,  habelə klassik və müasir ədəbiyyatımızın paralel öyrənilməsinin səviyyəsinin artırılması məqsədilə müxtəlif dərs vəsaitləri, yanaşma metodları, interaktiv 

 

sistemlər işlənib hazırlanmışdır; Rus və ingilisdilli qruplarda Dövlət dili tədrisində müasir informasiya texnolo­giya­larının tətbiqi istiqamətində elmi araşdırmalar aparılmış, maraqlı elmi nəticələrə nail olunmuşdur. Kafedra tədqiqat işlərini müxtəlif elmi istiqamətlərdə – İşgüzar və akademik kommunikasiyanın  tədrisində yeni yanaşmalar sisteminin tətbiqinə,  Azərbaycan dilinin qrammatik qanunauyğunluqları və üslubi istiqamətləri, iqtisadçı kadrların hazırlanmasında Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin qarşısında duran vəzifələr, aparılacaq gələcək tədqiqatlarının istiqamətlərinə və digər müasir yanaşmalara önəm verilir. 
*
Ətraflı məlumat

المواد التي يتم تدريسها في الأقسام

İşgüzar yazışmalar
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Azərbaycan dili (əcnəbilər üçün)
Nitqin inkişafı (əcnəbilər üçün)
Nitqin elmi üslubu (əcnəbilər üçün)

أخبار الأقسام

06 مايو 2025
UNEC-də “Ulu Öndər Heydər Əliyevin dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi kimi” mövzusunda onlayn seminar keçirilib
12 فبراير 2025
Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentində elmi seminar keçirilib
27 يناير 2025
Ümumi fənlərin tədrisinin təşkili departamentində “Azərbaycan- elim mənim” adlı kitabın təqdimatı keçirilib

اتصال

Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)

هاتف

+(994) 12 441-62-74

البريد الإلكتروني

tofiq.abdulhasan@unec.edu.az

أقسام أخرى