Kafedra universitetdə fəaliyyət göstərən əsas struktur bölmələrindən biri kimi tələbələrə Azərbaycan dilində işgüzar və akademik kommunikasiyanın, eyni zamanda nitq mədəniyyətinin sirlərini aşılayır.
Kafedra əməkdaşlarının yerinə yetirdiyi elmi-tədqiqat işlərində Azərbaycan dilində İşgüzar və akademik kommunikasiyanı müxtəlif yönlərdən araşdırılır, habelə fonetik, morfoloji, leksikoloji və sintaktik özünəməxsusluqları geniş şəkildə tədqiq edilir. Tədqiqatlar zamanı Azərbaycan dilinin öyrədilməsinin təşkili, dərs prosesinin keyfiyyətinin yüksəldilməsi yolları, tədrisin təşkilinə sistemli yanaşma metodologiyasının işlənib hazırlanmasına nail olunmuşdur; Azərbaycan və türk dillərinin, habelə klassik və müasir ədəbiyyatımızın paralel öyrənilməsinin səviyyəsinin artırılması məqsədilə müxtəlif dərs vəsaitləri, yanaşma metodları, interaktiv
sistemlər işlənib hazırlanmışdır; Rus və ingilisdilli qruplarda Dövlət dili tədrisində müasir informasiya texnologiyalarının tətbiqi istiqamətində elmi araşdırmalar aparılmış, maraqlı elmi nəticələrə nail olunmuşdur. Kafedra tədqiqat işlərini müxtəlif elmi istiqamətlərdə – İşgüzar və akademik kommunikasiyanın tədrisində yeni yanaşmalar sisteminin tətbiqinə, Azərbaycan dilinin qrammatik qanunauyğunluqları və üslubi istiqamətləri, iqtisadçı kadrların hazırlanmasında Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin qarşısında duran vəzifələr, aparılacaq gələcək tədqiqatlarının istiqamətlərinə və digər müasir yanaşmalara önəm verilir.
*
Ətraflı məlumat
“Azərbaycan dili” kafedrasının müdiri, fil.e.d., prof.
f.e.n., dos.
fil.e.n., dos.
Heydər Əliyev iqtisadi irsinin öyrənilməsi mərkəzinin direktoru, fil.e.n., dos.
fil.e.n., dos.
fil.e.n., dos.
fil.f.d., dos.
fil.f.d., dos.
fil.f.d., dos.
fil.f.d., dos.
fil.f.d., b/m.
Baş müəllim
Baş müəllim
Baş müəllim
Baş müəllim
Baş müəllim
Müəllim
professor-məsləhətçi, fil.e.d.