Kafedra humanitar fənlər sahəsində fəaliyyət göstərən əsas struktur bölmələrindən biri kimi tələbələrə Azərbaycan dilinin qrammatik normalarını, üslub xüsusiyyətlərini, nitq mədəniyyətini və aşılayır.
Kafedra tərəfindən elmi-tədqiqat işləri günün tələbləri səviyyəsində davam etdirilir. Kafedra əməkdaşlarının yerinə yetirdiyi elmi-tədqiqat işlərində Azərbaycan dilinin fonetik, morfoloji, leksikoloji və sintaktik özünəməxsusluqları geniş şəkildə tədqiq olunur, işlərə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hər il rəy verilir.
Kafedra tədqiqat işlərini müxtəlif elmi istiqamətlərdə – Azərbaycan dilinin qrammatik qanunauyğunluqları və üslubi istiqamətləri; İqtisadçı kadrların hazırlanmasında Azərbaycan dilinin qrammatikasının tədrisi problemləri; Azərbaycan dilinin sintaksisi, müasir yanaşmalar, elmi mülahizələr davam etdirilir.