Laboratoriyaların İşinin Təşkili Mərkəzi

Laboratoriyaların işinin təşkili mərkəzi (LİTM) — 13.10.2020-ci ildə Mühəndislik və Rəqəmsal iqtisadiyyat fakültələrinin tədris laboratoriyalarının işinin təşkili və idarə olunması məqsədilə yaradılıb.

Mərkəzin əsas vəzifələri: UNEC-in nəzdində fəaliyyət göstərən müvafiq fakültə və ya kafedra arasında tədrislə bağlı sıx əlaqə yaradılması; təsdiq edilmiş istiqamətlər üzrə universitetdə ənənəvi və virtual laboratoriya işlərinin təşkili; laboratoriyaların işinin fasiləsiz rejimini təmin etmək məqsədilə işçilərin növbəli iş rejiminin qrafik üzrə təşkili; laboratoriyaların istismarı müddətində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi;

laboratoriyaların fasiləsiz istismarının təmin edilməsi məqsədilə texniki xidmət və  reaktivlərlə təchizat məsələlərinin gündəmdə saxlanılması; laboratoriya mərkəzində mövcud olan müasir cihaz və avadanlıqlardan və virtual laboratoriyalardan istifadə etmək bacarıqlarının təkmilləşdirilməsi üçün professor-müəllim, eləcə də texniki heyət üçün təlimlərin təşkili və s.

Əməkdaşlar

28 yanvar 2025
UNEC “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü ilə Mingəçevir məktəblərində görüşlər keçirib
27 yanvar 2025
Mingəçevir Dövlət Universiteti UNEC-in start verdiyi “Elmin populyarlaşdırılması” təşəbbüsünə qoşuldu
01 aprel 2024
Elm günlərində növbəti müzakirə: “UNEC laboratoriyalarının mövcud vəziyyəti və akkreditasiyası”

Bizimlə əlaqə

Ünvan: Bakı, Həsən Əliyev küçəsi, 135

Telefon

+(994) 12492-59-03 (1332)

E-mail

ramil_sadigov@unec.edu.az