Rəqəmsal iqtisadiyyat Tədqiqat Mərkəzi UNEC-in Elmi Şurasının 24 noyabr 2017-ci il tarixli iclasının Qərarına əsasən yaradılmışdır.
VƏZİFƏLƏRİMİZ: Biznes, elm, təhsil və digər birliklərin qarşılıqlı əlaqələrinin və rəqəmsal iqtisadiyyat sahəsində onların ehtiyaclarının müəyyənləşdirilməsi; Rəqəmsal iqtisadiyyat və rəqəmsal texnologiyaları inkişafının monitorinqi, rəqəmsal iqtisadiyyat və rəqəmsal texnologiyaları inkişafı üzrə proqnozların formalaşdırılması, eləcə də rəqəmsal iqtisadiyyatın əsas istiqamətləri üzrə təkliflərin hazırlanması; Tədqiqat kompetensiyalarının formalaşması: rəqəmsal iqtisadiyyat sahəsində axtarış, tətbiqi tədqiqatlar, qlobal rəqabət qabiliyyətli rəqəmsal texnologiyaların və milli təhlükəsizliyi təmin edən sahələr üzrə texnoloji müstəqilliyin təmin edilməsi.
HƏDƏFİMİZ: Rəqəmsal iqtisadiyyat sahəsində innovativ məhsulların populyarlaşdırılması və dəstəklənməsi; Rəqəmsal iqtisadiyyat sahəsindəki tədqiqatların nəticələrini nəzərə alaraq ali, peşə və ümumi təhsilin təhsil proqramlarının inkişafının təşviqi; Rəqəmsal iqtisadiyyatın müxtəlif sahələrində dövlət orqanları, tədqiqat və tədris mərkəzləri, şirkətlər, digər maraqlı təşkilatlarla əməkdaşlıq; Rəqəmsal iqtisadiyyatın inkişafı ilə əlaqədar geniş məsələlər üzrə tədbirlərin, o cümlədən beynəlxalq tədbirlərin təşkili və keçirilməsi; Elmi işilərimizin nəticələrinin dərc edilməsi.
SABAH Mərkəzinin rəhbəri, i.e.n., dos.
Mərkəzin rəhbəri, riy.f.d., dos.
f.-r.e.n., dos.
Dublin Universiteti Kollecinin Memarlıq, Planlaşdırma və Ətraf Mühit Siyasəti Məktəbinin VOTE-TRA layihəsinin baş tədqiqatçısı Ph.D (Dublin/İrlandiya)
Sivas Cumhuriyet Universitetinin dosenti (Sivas/Türkiyə)
TOBB Ekonomi ve Teknoloji Üniversitesi, “Endüstri Mühendisliği” Bölümünün professoru (Ankara/ Türkiyə)
Türkiyənin Sabancı Universitetinin Mühəndislik və Təbiət Elmləri fakültəsinin “Kompüter elmləri və mühəndislik” bölümünün professoru (İstanbul/Türkiyə)
Türkiyənin Qazi Universiteti, Gazi Eğitim Fakültesi, Bilgisayar Ve Öğretim Teknolojileri Eğitiminin dosenti (Ankara/Türkiyə)