Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzi

Rəqəmsal iqtisadiyyat Tədqiqat Mərkəzi UNEC-in Elmi Şurasının 24 noyabr 2017-ci il tarixli iclasının Qərarına əsasən yaradılmışdır.

VƏZİFƏLƏRİMİZ: Biznes, elm, təhsil və digər birliklərin qarşılıqlı əlaqələrinin və rəqəmsal iqtisadiyyat sahəsində onların ehtiyaclarının müəyyənləşdirilməsi; Rəqəmsal iqtisadiyyat və rəqəmsal texnologiyaları inkişafının monitorinqi, rəqəmsal iqtisadiyyat və rəqəmsal texnologiyaları inkişafı üzrə proqnozların formalaşdırılması, eləcə də rəqəmsal iqtisadiyyatın əsas istiqamətləri üzrə təkliflərin hazırlanması; Tədqiqat kompetensiyalarının formalaşması: rəqəmsal iqtisadiyyat sahəsində axtarış, tətbiqi tədqiqatlar, qlobal rəqabət qabiliyyətli rəqəmsal texnologiyaların və milli təhlükəsizliyi təmin edən sahələr üzrə texnoloji müstəqilliyin təmin edilməsi.

HƏDƏFİMİZ: Rəqəmsal iqtisadiyyat sahəsində innovativ məhsulların populyarlaşdırılması və dəstəklənməsi; Rəqəmsal iqtisadiyyat sahəsindəki tədqiqatların nəticələrini nəzərə alaraq ali, peşə və ümumi təhsilin təhsil proqramlarının inkişafının təşviqi; Rəqəmsal iqtisadiyyatın müxtəlif sahələrində dövlət orqanları, tədqiqat və tədris mərkəzləri, şirkətlər, digər maraqlı təşkilatlarla əməkdaşlıq; Rəqəmsal iqtisadiyyatın inkişafı ilə əlaqədar geniş məsələlər üzrə tədbirlərin, o cümlədən beynəlxalq tədbirlərin təşkili və keçirilməsi; Elmi işilərimizin nəticələrinin dərc edilməsi.

Mərkəzin üzvləri:

Contact us

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Phone

+(994) 12 492-57-31

Email

ritmerkezi@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri