Mərkəz əsasən tələbə əmrlərinin yazılması, arayışların hazırlanması və məzunlara diplomların verilməsini təmin edir.
Tələbə İşləri Mərkəzi (TİM) 31.05.2020-ci il tarixində yaradılıb. Mərkəzin əsas məqsədi təhsilalanlara göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək, tələbə məmnunluğunu təmin etmək, vaxta qənaət edilməsi, müraciətlərin idarə olunmasına nəzarətin gücləndirilməsini mərkəzləşdirməklə idarəetmədə səmərəliliyi artırmaqdır.
*
Tələbə işləri mərkəzinin tərkibində fəaliyyət göstərın şöbələr:*
Tələbə şöbəsi
Tələbə hərəkəti şöbəsi
Bir Pəncərə şöbəsi
*
İ
Tələbə şöbəsi təhsilalanların şəxsi işlərinin idarə olunması və təhsil sənədlərinin rəsmiləşdirilməsini təmin edir.
Tələbə hərəkəti şöbəsi təhsilalanların təhsil hərəkətinin rəsmiləşdirilməsi və məlumatların müvafiq sistemlərə daxil edilməsini həyata keçirir.
Bir Pəncərə şöbəsi tələbələrin elektron müraciətlərinin operativ və rahat şəkildə icrasını təmin edir.