Leyla Köçərli

Leyla Köçərli

Avesis linki
Bakı, H.Əliyev küçısi, 135 (UNEC II Tədris korpusu)
telefon: 492-59-03 (12 18)
Leyla Rais qızı Köçərli 1980-ci il 22 noyabrda Abşeron rayonunda doğulmuşdur.
1998-2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Təhsil, elm və sosial-mədəni sahələrin iqtisadiyyatı” ixtisası üzrə bakalavr, 2002-2004-cü illər Azərbaycan  Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın dövlət tənzimlənməsi” ixtisası üzrə magistraturanı fərqlənmə diplomları ilə bitirmişdir.
1999-2006-cı illərdə təhsil alarkən fakültə Elmi Şurasının üzvü olmuşdur.
2002-2006-cı  illər  Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasında laborant, 2006-cı ildən isə həmin kafedrada müəllim vəzifəsində çalışıb.
20.04.2022-ci il tarixdən həmin kafedranın 0,5 ştat baş müəllimi vəzifəsinə keçirilib.
1999-2002-ci illərdə Fakültə Tələbə Həmkarlar Bürosunun sədri, 2002-2006-cı illərdə Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır.
Azərbaycan  Dövlət  İqtisad  Universiteti, MDB-nin Qiymətləndirmə Sovetinin 11 noyabr 2003-cü ildə Bakı şəhərində keçirilmiş “Əmlak bazarı və milli standartların qiymətləndirilməsi” Beynəlxalq Elmi-Praktiki Konfransının DİPLOMU ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm İnstitutunda 22 noyabr 2008-cı ildə II, 19 dekabr 2009-cu ildə III Respublika Elmi-Praktiki Konfranslarında ADİU adından çıxış etməklə, sertifikatlarla təltif edilmişdir.
25-27 may 2016-cı il  III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda  çıxış etmişdir.
30 noyabr 2018-ci il Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecmet Universitetinin təşkilatçılığı ilə “Müasir dövrdə effektiv idarəetmənin problemləri” Respublika Elmi-Praktiki Konfransında çıxış etmişdir.
Hazırda “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının  baş müəllimidir. 
14 elmi məqalənin müəllifidir. 12 fənn proqramının hazırlanmasında müəlliflər qrupunda iştirak etmişdir.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

Elmi əsərlər (hiperlinkli əlavələr)
Universitetdə ictimai işlərdə və təhsildə fərqləndiyinə görə 2000-ci ildə Azərbaycan Respublikası “Simurğ” Azərbaycan Mədəniyyət Assosiasiyası Prezidenti tərəfindən  TƏŞƏKKÜR FƏRMANI ilə, 29 mart 2002-ci ildə  Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının  sədri tərəfindən DİPLOMLA, 2002-ci və 2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyi tərəfindən FƏXRİ FƏRMAN və TƏŞƏKKÜR FƏRMANI ilə təltif olunmuşdur.
1999-2006-cı illərdə təhsil alarkən fakültə Elmi Şurasının üzvü olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetində “Qloballaşma şəraitində dünya iqtisadiyyatı və yeni informasiya texnologiyaları” mövzusunda keçirilən elmi konfransda I yerə layiq görülmüşdür.
Ailəlidir. Üç övladı var.