Leyla Köçərli  Rais

Leyla Köçərli Rais

“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimi

Avesis link
Bakı, Həsən Əliyev, 135 (II Tədris binası)
492-59-03 (12 18)
1980-ci il 22 noyabrda Abşeron rayonunda doğulmuşdur.
1998-2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Təhsil, elm və sosial-mədəni sahələrin iqtisadiyyatı” ixtisası üzrə bakalavr, 2002-2004-cü illər Azərbaycan  Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın dövlət tənzimlənməsi” ixtisası üzrə magistraturanı fərqlənmə diplomları ilə bitirmişdir.
1999-2006-cı illərdə təhsil alarkən fakültə Elmi Şurasının üzvü olmuşdur.
2002-2006-cı  illər  Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasında laborant, 2006-cı ildən isə həmin kafedrada müəllim vəzifəsində çalışıb.
20.04.2022-ci il tarixdən həmin kafedranın 0,5 ştat baş müəllimi vəzifəsinə keçirilib.
1999-2002-ci illərdə Fakültə Tələbə Həmkarlar Bürosunun sədri, 2002-2006-cı illərdə Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır.
Azərbaycan  Dövlət  İqtisad  Universiteti, MDB-nin Qiymətləndirmə Sovetinin 11 noyabr 2003-cü ildə Bakı şəhərində keçirilmiş “Əmlak bazarı və milli standartların qiymətləndirilməsi” Beynəlxalq Elmi-Praktiki Konfransının DİPLOMU ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm İnstitutunda 22 noyabr 2008-cı ildə II, 19 dekabr 2009-cu ildə III Respublika Elmi-Praktiki Konfranslarında ADİU adından çıxış etməklə, sertifikatlarla təltif edilmişdir.
25-27 may 2016-cı il  III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda  çıxış etmişdir.
30 noyabr 2018-ci il Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecmet Universitetinin təşkilatçılığı ilə “Müasir dövrdə effektiv idarəetmənin problemləri” Respublika Elmi-Praktiki Konfransında çıxış etmişdir.
Hazırda “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının  baş müəllimidir.
  • Universitetdə ictimai işlərdə və təhsildə fərqləndiyinə görə 2000-ci ildə Azərbaycan Respublikası “Simurğ” Azərbaycan Mədəniyyət Assosiasiyası Prezidenti tərəfindən  TƏŞƏKKÜR FƏRMANI ilə, 29 mart 2002-ci ildə  Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının  sədri tərəfindən DİPLOMLA, 2002-ci və 2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyi tərəfindən FƏXRİ FƏRMAN və TƏŞƏKKÜR FƏRMANI ilə təltif olunmuşdur.
  • 1999-2006-cı illərdə təhsil alarkən fakültə Elmi Şurasının üzvü olmuşdur.
  • Azərbaycan Dövlət İqtisad Universitetində “Qloballaşma şəraitində dünya iqtisadiyyatı və yeni informasiya texnologiyaları” mövzusunda keçirilən elmi konfransda I yerə layiq görülmüşdür.
  • Hacettepe Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti arasında imzalanmış protokola əsasən 24.05.2021-30.06.2021 tarixlərdə “Sosial siyasət” fənni üzrə keçirilən təlim proqramını uğurla başa vurduğuna görə SERTİFİKAT -la təltif olunmuşdur.
  • 08 fevral 2022-ci il (Sənəd №112-017-02-2022) “Sosial işdə idarəetmə” fənni üzrə keçirilən təlim proqramını uğurla başa vurduğuna görə SERTİFİKAT -la təltif olunmuşdur.
  •  03 oktyabr 2022-ci il (Sənəd №256-017-10-2022) 1 saylı Bakı DOST Mərkəzinin direktoru Kamran Abdullayev tərəfindən “Azərbaycanda sosial yardım sistemi” fənni üzrə keçirilən təlim proqramını uğurla başa vurduğuna görə SERTİFİKAT -la təltif olunmuşdur.
  • 25 noyabr 2022-ci il  Soft Skills üzrə keçirilən təlim proqramını uğurla başa vurduğuna görə SERTİFİKAT -la təltif olunmuşdur.
  • 2024-cü il (Sənəd №002-025-45-2024) İstanbul Universiteti Dos. DR. Taner Artan tərəfindən “Sosial işdə tədqiqat metodları” fənni üzrə keçirilən təlim proqramını uğurla başa vurduğuna görə SERTİFİKAT -la təltif olunmuşdur.
  • 18 iyun 2025-ci il tarixində 498/3/2025 saylı əmrə əsasən Yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə və  UNEC-in 95 illik yubileyi münasibətilə TƏŞƏKKÜRNAMƏ ilə təltif edilmişdir.

Ailəlidir. Üç övladı var.