
Raqif Qasımov Xanbala
UNEC Zaqatala filialının direktoru
raqif.qasimov@unec.edu.az
+(99412) 24-225-21-57
2006-cı ildə magistr təhsilini bitirdikdən sonra, Türkiyə Respublikası Sakarya Universitetində “İdarəetme ve Təşkilatlandırma” ixtisası üzrə doktorantura təhsili almağa haqq qazanmışdır. 2011-ci ildə “Azərbaycandakı müəssisələrdə insan resurslarının idarəedilməsi” mövzusundakı doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru ünvanı qazanmışdır.
2008-ci ildən UNEC Türk Dünyası İşlətmə Fakültəsində Tələbə İşləri Departamentində mütəxəssis, idarə heyətinin üzvi vəzifəsində çalışmış, eyni zamanda “İnsan Resurslarının İdarəedilməsi”, “Stratejik İdarəetmə“, “Keyfiyyətin İdarəedilməsi”, “Biznesin İdarəedilməsi” və “Müasir İdarəetmə Nəzəriyyələri” fənnlərini tədris etmişdir.
2010-cu ildən Türk Dünyası İşlətmə Fakültəsində Tələbə İşləri Departamentində müdir vəzifəsini icra etmişdir. 2012-ci ildən UNEC-də “Mevlana Programının” koordinatoru, 2014-cü il aprelindən oktyabr 1-nə kimi Magistratura Mərkəzində direktor müavini vəzifəsində çalışmışdır.
1 oktyabr 2014-cü il tarixindən 2021-ci ilin avqustuna kimi Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin direktoru vəzifəsini yerinə yetirib. 2021-2025 -ci illərdə UNEC-in Rəqəmsallaşma üzrə prorektor vəzifəsində işləmişdir.
2023-cü ildən UNEC-in Zaqatala filialının direktorudur.