Rövnəq Rzayev Mirzə
Elm və innovasiya məsələləri üzrə prorektor
Bakı şəhəri, İstiqlaliyyət 6 (I Tədris binası)
Rovnag_rzayev@unec.edu.az
rovnaq.rzayev@mail.ru
+(99412) 492 59 03 (11-03)
Rovnag_rzayev@unec.edu.az
rovnaq.rzayev@mail.ru
+(99412) 492 59 03 (11-03)
Rövnəq Mirzə oğlu Rzayev 12.02.1970-ci ildə Ordubad rayonunun Biləv kəndində anadan olub.
1986-cı ildə orta məktəbi, 1992-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib.
1988-1989-cu illərdə Ordu sıralarında hərbi xidmətdə olub.
1992-1995-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində əyani aspirant olub.

1996-cı ildən BDƏKİ-də, 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.
Eyni zamanda 1993-cü ildən etibarən əvvəlcə Bakı Dövlət Universitetinin “Fiziki elektronika” kafedrasının nəzdindəki “Bərk cisim elektronikası” Elmi-Tədqiqat Laboratoriyasında, 2006-cı ildən 2016-cı ilə qədər isə Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun “Yarımkeçiricilər fizikası” şöbəsində elmi işçi vəzifəsində çalışıb.
1998-ci ildə “Disproziumla aşqarlanmış qallium selen monokristallarının elektron xassələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 2014- cü ildə isə “AIIIBVI monoselenidlərinin kristalları tipli laylı quruluşlu yarımkeçiricilərdə dreyf çəpərlərinin elektron hadisələrinə təsiri” mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək fizika üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarları ilə 2004-cü ildə - dosent, 2019 – cu ildə isə professor elmi adlarını alıb.
2011-ci ildən 2020-ci ilə kimi UNEC-in “Fizika və kimya” kafedrasına, 2020-ci ildən 2024-cü ilə kimi UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasına rəhbərlik edib.
2024-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsində çalışır.
Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun 29 mart 2019-cu il tarixli 188/3/2019- saylı əmri ilə “Kompozit materiallar” Elmi Tədqiqat Mərkəzinin elmi rəhbəridir.
UNEC Elmi Şurasının üzvüdür.
2017-ci ildən 2023-cü ilədək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasıında Fizika və Astronomiya üzrə Expert Şurasının üzvü olub. 2024-2025-ci illərdə isə Expert Şurasının sədri vəzifəsində çalışıb.

250-dən artıq elmi əsərin, o cümlədən 60-dan artıq impakt faktorlu (Web of Science və Scopus bazalarına daxil olan) nüfuzlu xarici jurnallarda olmaqla 120 elmi məqalənin, 50-yə qədər Beynəlxalq (əksəriyyəti xaricdə) və 50-dən yuxarı Respublika səviyyəli konfrans materiallarının, 1 dərslik, 10 dərs vəsaitinin və 10-larla proqram və metodiki vəsaitin müəllifidir.
Akademik profillər:
Scholar
Scopus
ORCID
Researchgate
Webofscience
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
Akademik profillər:
Scholar
Scopus
ORCID
Researchgate
Webofscience
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. (27.09.2011, T-393N-li qərarı ilə).
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərimə görə “Əməkdar müəllim” fəxri adına layiq olub.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 4.1.8-ci və 5.5.10-cu yarımbəndlərinə əsasən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib (Elm və təhsil nazirinin 3-29/3-1-892K/2025 saylı 08 iyul 2025-ci il tarixli əmri ilə).

Dəfələrlə Beynəlxalq və Respublika səviyyəli Qrant Müsabiqələrinin qalibi və layihə rəhbəri olub.
UNEC JOURNAL OF ENGINEERING AND APPLIED SCIENCES jurnalının baş redaktorudur.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi elmi dərəcə iddiaçılarının əsərlərinin çap edildiyi dövri elmi nəşrlərin siyahısına daxil edilən Azərbaycan Texniki Universitetinin “Elmi əsərlər” və “Fizika, riyaziyyat və informatika tədrisi” jurnallarının, “Computer Science”, “Food and Health”, eləcə də Rusiya Federasiyasında nəşr olunan dövri elmi və elmi-texniki nəşrlərin Ali Attestasiya Komissiyasının Siyahısına (РИНЦ) daxil olan “Нефтегазовое дело”, Scopus, JCR, “Белый список” bazalarında indekslənən Journal of Fluorine Chemistry jurnalının elmi redaksiya heyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, üç övladı var.