
Şəfahət Abdullayeva
İstiqlaliyyət küç. 6, Bakı şəhəri, əsas tədris binası, otaq nömrəsi 327
Shafahat.Abdullayeva@unec.edu.az
012-492-59-14
Şəfahət Yusif qızı Abdullayeva Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin rəhbəridir.
Psixologiya üzrə fəlsəfə doktoru, dosentdir.
Əsərlərini ən çox oxuduğu psixoloqlar Viktor Frankl və Karl Qustav Yunqdur.
2006-ci ildən psixologiyanın praktik sahəsi ilə məşğuldur.
50-dən çox məqalənin müəllifidir. Məqalələri yerli və beynəlxalq jurnallarda, o cümlədən Web of science jurnallarında çap edilmişdir.
Tədqiqat sahəsi genişdir: ünsiyyətin emosional xüsusiyyətləri (namizədlik dissertasiyasının mövzusu), multikulturalizmin psixoloji aspektləri, pozitiv yönəlişliyin formalaşması (doktorluq dissertasiyasının mövzusu), iqtisadi davranışın psixologiyası.
Siyasi psixologiya (2014), Şəxsiyyətin psixoloji potensialı (2016) kitablarının müəllifidir.