Tələbələrin ixtisas təcrübəsi müvafiq təhsil proqramının tərkib hissəsidir.Təcrübənin təşkili, həcmi, məqsədi və keçirilmə müddəti mütəxəssis hazırlığı aparan müvafiq istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil proqramı ilə müəyyənləşdirilir.
UNEC-də təcrübə üçün ayrılmış kreditlər nəzərə alınmaqla, aşağıdakı ixtisas qrupları üzrə əyani təhsilalma formasında təhsilin IV ili, qiyabi təhsilalma formasında isə təhsilin V ilinin yaz semestrində olmaqla respublikadaxili və respublikadankənar müəssisə və təşkilatlarda istehsalat təcrübəsi təşkil edilir:
1. İstehsalat təcrübəsi üçün ayrılmış kreditlərin sayı 6 olan – “İqtisadiyyat və idarəetmə” ixtisaslar qrupunun “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat”, “Statistika”, “Beynəlxalq ticarət və logistika”, “Menecment”, “Marketinq”, “Dövlət və bələdiyyə idrəetməsi”, “Biznesin idarə edilməsi” ixtisasları üzrə (6×30=180 akademik saat).
2. İstehsalat təcrübəsi üçün ayrılmış kreditlərin sayı 21 olan – “Texniki və texnoloji” ixtisaslar qrupunun “Materiallar mühəndisliyi”, “Qida mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Kommunikasiya sistemləri mühəndisliyi” ixtisasları, “Mədəniyyət və incəsənət” ixtisasları qrupunun “Dizayn” ixtisası, “Təbiət elmləri” ixtisaslar qrupunun “Ekologiya” ixtisası üzrə (21×30=630 akademik saat);
3. İstehsalat təcrübəsi üçün ayrılmış kreditlərin sayı 30 olan – “Təbiət elmləri” ixtisaslar qrupunun “Kompüter elmləri” ixtisası, “Texniki və texnoloji” ixtisaslar qrupunun “İnformasiya Texnologiyaları”, “Kompüter mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisasları, “Səhiyyə, rifah və xidmət” ixtisasları qrupundan “Sosial iş” ixtisası üzrə; “Humanitar və sosial ixtisaslar” qrupunun Beynəlxalq münasibətlər ixtisası üzrə (30×30=900 akademik saat).