Təcrübənin təşkili şöbəsi

Tələbələrin  ixtisas təcrübəsi müvafiq təhsil proqramının tərkib hissəsidir.Təcrübənin təşkili, həcmi, məqsədi və keçirilmə müddəti mütəxəssis hazırlığı aparan müvafiq istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil proqramı ilə müəyyənləşdirilir.

UNEC-də təcrübə üçün ayrılmış kreditlər nəzərə alınmaqla, aşağıdakı ixtisas qrupları üzrə əyani təhsilalma formasında təhsilin IV ili, qiyabi təhsilalma formasında isə təhsilin V ilinin yaz semestrində olmaqla respublikadaxili və respublikadankənar müəssisə və təşkilatlarda istehsalat təcrübəsi təşkil edilir:

1. İstehsalat təcrübəsi üçün ayrılmış kreditlərin sayı  6 olan – “İqtisadiyyat və idarəetmə” ixtisaslar qrupunun “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat”, “Statistika”, “Beynəlxalq ticarət və logistika”, “Menecment”, “Marketinq”, “Dövlət və bələdiyyə idrəetməsi”, “Biznesin idarə edilməsi” ixtisasları üzrə (6×30=180 akademik saat).

2. İstehsalat təcrübəsi üçün ayrılmış kreditlərin sayı 21 olan – “Texniki və texnoloji” ixtisaslar qrupunun “Materiallar mühəndisliyi”, “Qida mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Kommunikasiya sistemləri mühəndisliyi” ixtisasları, “Mədəniyyət və incəsənət” ixtisasları qrupunun “Dizayn” ixtisası, “Təbiət elmləri” ixtisaslar qrupunun “Ekologiya” ixtisası üzrə (21×30=630 akademik saat);

3. İstehsalat təcrübəsi üçün ayrılmış kreditlərin sayı 30 olan – “Təbiət elmləri” ixtisaslar qrupunun “Kompüter elmləri” ixtisası, “Texniki və texnoloji” ixtisaslar qrupunun “İnformasiya Texnologiyaları”, “Kompüter mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisasları, “Səhiyyə, rifah və xidmət” ixtisasları qrupundan “Sosial iş” ixtisası üzrə; “Humanitar və sosial ixtisaslar” qrupunun Beynəlxalq münasibətlər ixtisası üzrə (30×30=900 akademik saat).

  • tələbələrin ixtisas təcrübələrinin təşkili, təcrübənin təşkili və gedişinin təkmiləşdirilməsi və təcrübəyə nəzarət etmək;
  • təcrübənin təşkili və gedişinə metodiki, əməli rəhbərliyi həyata keçirmək, təcrübənin yekun sənədlərinin hazırlanmasını təşkil etmək;
  • təcrübənin təşkili sahəsində təcrübə rəhbərləri, ixtisas kafedraları tərəfindən müəyyən edilmiş müəssisələrlə müqavilələrin bağlanmasını təşkil etmək,
  • təcrübə proqramlarını təcrübə obyektləri ilə razılaşdırmaq;
  • təcrübə keçirilən müəssisə tərəfindən təyin olunmuş təcrübə rəhbərlərini təcrübə proqramı və müvafiq təcrübə sənədləri ilə təmin etmək.

pages.sobe_news

21 January 2025
UNEC-də istehsalat təcrübəsi ilə bağlı görüşlər keçirilib
11 December 2024
“Azərsun Holdinq” UNEC tələbələri ilə görüş keçirib
19 November 2024
UNEC-də yeni əməkdaşlıq görüşü keçirilib

Contact

Phone

Email

pages.other_sections