İnnovativ Menecment Tədqiqat Mərkəzi

İnnovativ menecment UNEC Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 21 may 2018-ci il tarixli iclasının 159 №-li Qərarı və UNEC rektorunun 448/3/2018 №-li əmrinə əsasən yaranmışdır.

Məqsədlər:

Menecmentdə innovativ yanaşmaların araşdırılması
-Yeni idarəetmə modelləri və strategiyaların öyrənilməsi (məsələn, rəqəmsal transformasiya, elastik iş quruluşları, yenilikçilik yönümlü liderlik)
- Müxtəlif təşkilatlarda innovasiyaların tətbiqi yollarının təhlili və qiymətləndirilməsi


Tədqiqatlar və layihələr

- Böyük və kiçik müəssisələrdə menecmentin effektivliyini artırmaq üçün elmi‑tədqiqat və praktiki layihələrin həyata keçirilməsi
- Beynəlxalq əməkdaşlıqla innovativ menecmentin beynəlxalq təcrübələrinin araşdırılması

Təhsil və peşəkar inkişaf

- Kurslar, seminarlar, master‑klasslar təşkil edərək tələbə və işçilərin innovativ menecment sahəsində bilik və bacarıqlarının artırılması
- Magistr və doktorant pillələrində innovativ menecment üzrə tədqiqatçıların yetişdirilməsi və dəstəklənməsi


Tətbiq yönümlü təkliflər və məsləhətlər

- Dövlət və özəl sektorlara menecment strategiyaları və innovasiya siyasəti üzrə təkliflərin hazırlanması
- Rəqəmsal texnologiyaların, məlumat analitikasının menecment proseslərinə inteqrasiyası

 İnnovasiya ekosisteminin yaradılması
- Universiten, sənaye və dövlət sektorları arasında körpü rolunun oynanması
- İnnovativ ideyaların reallaşdırılması üçün mühit və infrastrukturların yaradılması (inkubatorlar, prototipləşdirmə imkanları və s.)

Mərkəzin üzvləri:

Contact us

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Phone

+(994) 12 492-57-31

Email

immerkezi@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri