Anar  Eyyubov  Cəlil

Anar Eyyubov Cəlil

"Biznesin idarə edilməsi" kafedrasının müəllimi

Avesis link
Bakı şəhəri, İstiqlaliyyət 6 (I Tədris binası)
+(994) 12 492-72-11;  +(994) 12 492-59-03 (11-58)
anar-eyyubov@unec.edu.az
2008-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini (Xüsusi İstedadlar Qrupları) fərqlənmə diplomu ilə bitirmişdir. 
2012-ci ildə Çexiyanın Çarlz Universitetində təşkil olunan “Bank işi” və “Maliyyə” kursunu fərqlənmə ilə bitirmişdir.
2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini (Dünya İqtisadiyyatı  ixtisası) fərqlənmə diplomu ilə bitirmişdir. 
2014-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dünya iqtisadiyyatı” ixtisası istiqaməti üzrə Fəlsəfə doktoru proqramı üzrə doktorant kimi təhsil almışdır. 
2017-ci ildə Amerika Birləşmiş Ştatlarının “İntermodal Daşımalar və Logistika” proqramı, Amerika Birləşmiş Ştatları Ticarət Departamenti, Xüsusi Amerika Biznes Təcrübəsi Təlimi (SABIT) proqramını uğurla başa vurmuşdur. 
2018-ci ildə Çin Xalq Respublikasının Beynəlxalq Biznes Rəsmiləri Akademiyası (AIBO), “Bir Kəmər və Yol Təşəbbüsü çərçivəsində İnfrastruktur Tikintisi İnvestisiyaları və Maliyyələşmə” proqramını uğurla başa vurmuşdur. 
2021-ci ildə ADA Universiteti, ABŞ səfirliyi, “Azərbaycanda tədqiqat potensialının gücləndirilməsi layihəsi” çərçivəsində “Akademik Yazı Kursu” və “Sosial Tədqiqat Metodları”nı uğurla başa vurmuşdur.  
2013-2014-cü tədris ilindən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi-pedaqoji fəaliyyət göstərməyə başlamışdır.   
2013-2025-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin  (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsində, Xüsusi İstedadlar Fakültəsində, Beynəlxalq İqtisadiyyat Məktəbində, “Sabah Qrupları” Fakültəsində, UNEC Biznes Məktəbində müxtəlif fənlər üzrə dərs demişdir.
Azərbaycan Dövlət İqtisad Universiteti MBA Mərkəzi – müəllim
Hazırda "Biznesin idarə edilməsi" kafedrasının müəllimidir.
ELMİ ƏSƏRLƏRİ

2016-cı ildə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Magistr tələbələrin XIV Respublika Elmi Konfransı”nda iştiraka görə Sumqayıt Dövlət Universiteti tərəfindən verilən Fəxri Fərman.
2017-ci ildə “Elm aylığı” çərçivəsində gənc tədqiqatçılar arasında məqalə müsabiqəsində 2-ci yeri ilə bağlı Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən verilən mükafat.