Arifə  Qasımova İlqar

Arifə Qasımova İlqar

"Karyera planlaşdırılması və inkişafı" kafedrasının müəllimi

Avesis link
Bakı, Abbas Səhhət, 45a (IV tədris binası)
+(994) 12 440-79-85; +(994) 12 541-56-93
career.unec@gmail.com
arife120295@mail.ru

1995-ci ildə Bakı şəhərində аnаdаn оlub.
2016-ci ildə Аzərbаycаn Kooperasiya Universitetinin “Mühasibat uşotu və audit” ixtisasının bakalavr səviyyəsini bitirmişdir.
2018-ci ildə  Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramı üzrə “Biznesin idarə edilməsi” ixtisası üzrə magistraturaya daxil olmuş və 2020-ci ildə həmin ixtisası bitirərək magistr dərəcəsi almışdır.
2019-cu ildə University of Siegen (Almaniya) təhsil alaraq “Certificate of Achievement (9 ECTS)” sertifikatını almışdır. 

2016-cı ildə 3 aylıq könüllü əsaslarla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Maliyyə və təminat şöbəsində fəaliyyət göstərmişdir.
2020-2025-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin müəllimi, 2024-2025-ci illərdə Azərbaycan Texniki Universitetinin baş müəllimi, 2025-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Karyeranın planlaşdırılması və inkişafı” kafedrasının müəllimi vəzifəsində çalışır.
Son üç ildə Sərt bacarıqlar, Yumşaq bacarıqlar, Azərbaycan iqtisadiyyatı, Firma iqtisadiyyatı və digər fənləri tədris etmişdir.
Azərbaycan, rus və ingilis dillərində tədris edir.
2022-ci ildə UNEC-də professor-müəllim heyəti üçün təşkil edilmiş “Soft skills” təlimlərində assistent kimi iştirak etmişdir. Hazırda təlimçi fəaliyyətini davam etdirir.

Ailəlidir, iki oğlu var.