Aytən Ağayeva

Aytən Ağayeva

Avesis link

Bakı, H.Əliyev küçəsi, 135 (III korpus)
+(994)12 492-59-03 (13-22)

Ağayeva Aytən Əliağa qızı 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1985-1995-ci illərdə Bakı şəhəri 258 saylı orta məktəbdə təhsil almışdır.
1996-2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Toxuculuq və Yüngül sənaye mallarının bədii layihələndirilməsi” (Dizayn) ixtisası üzrə Bakalavr pilləsini, 2000-2002-ci ildə isə həmin ixtisas üzrə Magistraturanın əyani şöbəsini fərqlənmə diplomları ilə bitirmişdir.
2002-2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” kafedrasında böyük laborant vəzifəsində çalışmış və hər il  saathesabı yolla dərs aparmış.
2014-cü ildən Dizayn kafedrasında müəllim vəzifəsində, 2022-ci ildən baş müəllim vəzifəsində çalışır.
2021-ci ildən UNEC Dizayn məktəbinin katibi vəzifəsini icra edir.
Hal-hazırda “Pambıq  parçaların  qısalmasına  və  mexaniki  xassələrinə görə  keyfiyyətinin  kompleks  qiymətləndirilməsi” dissertasiya mövzusu üzərində çalışır.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI
Bu günə qədər 25 elmi-metodiki işlərim çapdan çıxmışdır. 

Ailələlidir, bir övladı var.