Azər  Mehtiyev  Seyfalı

Azər Mehtiyev Seyfalı

“İqtisadiyyat” kafedrasının dosenti

Avesis link
Bakı, Həsən Əliyev küçəsi, 135 (II Tədris binası)
+994 012-564-37-06
2 yanvar 1967-ci ildə Qəbələ  rayonunun Əmirvan kəndində anadan olmuşdur.
1990-cı ildə N. A. Voznesenski ad. Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını bitirmiş, Dövlət İmtahan Komissiyasının qərarı ilə elmi fəaliyyətli davam etdirmək üçün təyinatı həmin instituta verilmişdir.

 

1990-1991-ci illərdə Azərbaycan Dövlət İqtisad Universi-tetinin “Sənaye müəssisələrinin və komplekslərin təşkili, iqtisadiyyatı və idarə edilməsi” kafedrasında laborant vəzifəsində çalışmışdır.
1991-1994-cü illərdə İqtisad Universitetinin məqsədli aspiranturasında (istehsalatdan ayrılmaqla) təhsil almış, 1998-ci ilin martında «Azərbaycan sənayesində kiçik müəssisələrin formalaşması və inkişafı məsələləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
1994-1998-ci illərdə İqtisad Universitetinin “Sənayenin iqtisadiyyatı” kafedrasında baş laborant, 1998-2000-ci illərdə həmin kafedranın müəllimi vəzifəsində çalışmışdır. 2000-2004-cü illərdə “Sənayenin iqtisadiyyatı” kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2005-ci il 25 oktyabr tarixli qərarı ilə ona dosent elmi adı verilmişdir.
UNEC-in “Müəssisənin iqtisadiyyatı” kafedrasının dosenti olub.
Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının dosentidir.
15 iyul 2022-ci ildən ictimai əsaslarla UNEC-in Sahə Araşdırmaları və Rəqabətin Təhlili (SART) Mərkəzinə rəbərlik edir.
ABŞ, Rusiya Federasiyası, Cənubi Koreya, Malayziya, Çin, Türkiyə və Ukraynanın müxtəlif universitetlərinin iqtisadiyyat fakultələrində təcrübə mübadiləsində olaraq onların tədris proqramları ilə yaxından tanış olmuşdur.
Dünyanın 15-dən çox ölkəsində keçirilmiş 50-dək beynəlxalq konfrans və seminarın iştirakçısı olmuş, məruzələrlə çıxış etmişdir.