Əliağa Qasımov Əliəsgər
İAETİ-də elmi işçi, "Biznesin idarə edilməsi" kafedrasının müəllimi
Bakı, İstiqlaliyyət küçəsi, 6 (I Tədris binası)
+(994) 12 492-72-11
+(994)-12-492-59-98
aliaqa.qasimov@unec.edu.az
Bakalavr - 1993-2001-ci illərdə İran İslam Respublikasının Tehran şəhərində yerləşən Əllamə Təbatəbayi adına Universitetdə “Ticarətin iqtisadiyyatı” ixtisası üzrə bakalavr pilləsində (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xətti ilə).
Magistratura - 2003-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti MBA Proqramında “Beynəlxalq biznes” ixtisası üzrə magistr pilləsində təhsil almışdır.
Doktorantura - 2006-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dissertant olmuşdur. Dissertasiya işinin mövzusu “Azərbaycanda elektron kommersiyanın inkişaf problemləri”dir.
1995-2001-ci illər, bakalavr pilləsi, İran İslam Respublikası, Tehran şəhəri, Əllamə Təbatəbayi adına Universitet, “Ticarətin iqtisadiyyatı” ixtisası (Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə).
2003-2006-cı illər, magistr pilləsi, Azərbaycan Dövlət İqtisad Universiteti, MBA Proqramı, “Beynəlxalq biznes” ixtisası.
2006-cı ildən, Azərbaycan Dövlət İqtisad Universiteti, Dissertant, Elmi işin mövzusu: “Azərbaycanda elektron kommersiyanın inkişaf istiqamətləri”.
2010-cu ildən indiyə kimi UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun “Klasterial inkişaf və innovasiya” (əvvəlki adı “İKT və innovasiya iqtisadiyyatı”) şöbəsinin elmi işçisi vəzifəsində çalışıb.
2006-2017-ci illərdə UNEC-in “İnformasiya iqtisadiyyatı və texnologiyaları” (indiki “Rəqəmsal texnologiyalar və tətbiqi informatika”) kafedrasında işləyib.
2012-ci ildən 2025-ci ilə qədər UNEC-in “Biznesin idarə edilməsi” kafedrasında saat hesabı qaydada müəllim kimi fəaliyyət göstərmişdir.
Hazırda "Biznesin idarə edilməsi" kafedrasının müəllimidir.
UNEC-in 90 illiyi yubileyi münasibətilə 26 noyabr 2020-ci ildə UNEC rektoru prof.Ə.C.Muradov tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.