Əlican Babayev Pirican
“İqtisadi və texnoloji elmlər” kafedrasının professoru
Bakı, A.Səhhət, 45 (IV Tədris binası)
+(994) 12 541-56-93; 440-79-85
alican.babayev@unec.edu.az
+(994) 12 541-56-93; 440-79-85
alican.babayev@unec.edu.az
18 fevral 1952-ci ildə Bakı səhərində anadan olmuşdur.
1969-cu ildə Bakı şəhərində 172 №-li orta məktəbi bitirib. 1970-ci ilin noyabr ayından 1972-ci ilin noyabr ayınadək həqiqi hərbi xidmətdə olmuşdur.
1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əyani şöbəsinə daxil olmuş və 1976-cı ildə Heydər Əliyev cənablarının təşəbbüsü və bilavasitə rəhbərliyi ilə azərbaycanlı tələbələrin keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə göndərilməsi prosesində ilk tələbələr arasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülmüşdür.
1978-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “İqtisadiyyat” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1978-1982–ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasının əyani şöbəsində təhsil almış və 1982-ci ildə aspiranturanı bitirdikdən sonra Moskva Dövlət Universitetində “Siyasi iqtisad” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
1994-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Ümumdünya Bankının və Beynəlxalq Valyuta Fondunun təşkil etdiyi “Bazar iqtisadiyyatı” kurslarını bitirmişdir.

1982-1989-cu illər ərzində D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun və H.A.Boznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutu Bakı filialının “Siyasi iqtisad” kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışlar.
1989-1992-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktoranturasında əyani təhsil almış və 1992-ci ildə “Siyasi iqtisad” ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Kommissiyasının 18 noyabr 1994-cü il tarixli qərarı ilə ona “İqtisadi nəzəriyyə” kafedrası üzrə professor elmi adı verilmişdir.
1992-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadi nəzəriyyə” kafedrasında dosent, professor vəzifələrində çalışmışdır.
1996-cı ildən 2022-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadi nəzəriyyə” kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadi və texnoloji elmlər” kafedrasının professoru vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına görə Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illiyi münasibətilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür.
23 may 2011-ci ildə elmi-tədqiqat və elmi-metodiki işlərin yerinə yetirilməsində əldə etdiyi müvəffəqiyyətlərə görə, və 06 oktyabr 2017–ci ildə uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Fəxri Fərman”ları ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Professor Ə.P.Babayev Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür.
2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “İqtisadiyyat və hüquq elmləri” üzrə ekspert şurasının üzvi, 2011-2012-ci illərdə isə “İqtisadiyyat elmləri” üzrə ekspert şurasının sədri olmuşdur.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən ED 2.10 – iqtisad elmləri sahəsində iqtisad elmləri doktoru elmi dərəcəsi verən dissertasiya şurasının üzvüdür.
Ailəlidir, üç övladı var.