Fariz   Quliyev  Ariz

Fariz Quliyev Ariz

"Biznesin idarə edilməsi" kafedrasının baş müəllimi

Avesis link
Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6 (I Tədris binası)
+(994) 12 492-72-11;  +(994) 12 492-59-03 (11-58) 
f.guliyev@unec.edu.az
Bakalavr - 2001-ci ildə Bakının Nizami rayonu 5 saylı kimya-biologiya təmayüllü respublika baza liseyini bitirib və  2001-ci ildə 663 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olub.
2005-ci ildə UNEC-in Xüsusi İstedadlar Qrupunu fərqlənmə ilə bitirib.
 
Magistratura - 2011-2013-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “2007-2015-ci illər Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə Kanadanın Alberta Universitetində Təbii Resurslar, Enerji və Ətraf Mühitin idarə edilməsi üzrə MBA təhsili alıb.
Doktorantura - 2014-2018-ci illərdə Fiskal Siyasət və Dövlət Maliyyəsi ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müdafiə edib. İqtisad üzrə fəlsəfə doktorudur.
Əmək fəaliyyətinə 2003-cü ildə sənaye sahəsində başlayıb. BP-Eupec Pipe Coating GmbH şirkətində təchizat və biznesin inkişafı üzrə mütəxəssis və menecer müavini işini yerinə yetirib. 
2008-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyində İqtisadi Əlaqələr üzrə mütəxəssis vəzifəsini icra edib. 2009-2011-ci illərdə Ernst &Young LLP şirkətində auditor vəzifəsini icra edib. 
2006-2009-cu illərdə ABŞ-da ProAmerican Resources LLC şirkətini təsis etmiş və enerji resursları üzrə icraçı direktoru vəzifəsində fəaliyyət göstərmişdir. 
2014-2017-ci illərdə UNEC Biznes Məktəbinin direktor müavini və 2017-2018-ci ildə direktor vəzifəsini icra edən vəzifəsini icra edib.
 2019-2022-ci illərdə Prezident sərəncamı əsasında Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin idarə heyətinin üzvü vəzifəsini icra etmişdir .

Azərbaycan Dövlət İqtisad Universiteti MBA Mərkəzi – i.e.d, baş müəllim.
Hazırda "Biznesin idarə edilməsi" kafedrasının baş müəllimidir.