Günay Pənahova  Məhiş

Günay Pənahova Məhiş

“İqtisadiyyat” kafedrasının dosenti

Avesis link
Bakı, Həsən Əliyev küçəsi, 135 (III Tədris binası)
+994 012-564-37-06
1980-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1997-ci ildə 20 nömreli məktəb-liseyini riyaziyyat-ingilis dili təmayülün bitirmişdir.
2001-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun (UNEC) bakalavr pilləsini “Maliyyə-kredit” fakültəsinin “İqtisadi-nəzəriyyə” ixtisası üzrə fərqlənmə diplom ilə bitirib.
2003- cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pilləsini  “İqtisadiyyat” ixtisası “ İqtisadi-nəzəriyyə” ixtisaslaşması üzrə  fərqlənmə diplom ilə bitirib.
2010-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Davamlı inkişafın təmin edilməsinin makroiqtisadi problemləri ” mövzusunda dissertasiya işini 08.00.01 şifrəsi “İqtisadi nəzəriyyə” ixtisası üzrə  müdafiə etmiş, AAK-nın qərarı ilə  iqtisad üzrə fəlsəfə doktoru dərəcəsinə layiq görülmüşdür.
2003-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin  “İqtisadi nəzəriyyə-2” kafedrasında işləyib.
“Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının baş müəllimi olub.
Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının dosentidir.
2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə-2” kafedrasına müəllim vəzifəsinə təyin olunmuşdur.
2013-cü ildən “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.
2019-cu il tarixindən həmin kafedranın  dosent vəzifəsinə keçirilmişdir.
Tədris etdiyi fənlərə “İqtisadiyyata giriş” “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat”, “Azərbaycan iqtisadiyyatı” “ İqtisadi fikir tarixi” aiddir.
Həmçinin UNEC-in SABAH Qruplarında ingilis dilində “Mikroiqtisadiyyat”, “Təbii sərvətlərin iqtisadiyyatı” fənləri də yer alır.
02.09.2022- ci ildən “İqtisadiyyat” kafedrasının dosentidir.
Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 06.11.2025-ci il tarixli qərarı ilə dosent elmi adı verilmişdir.
11.10.2022- ci tarixindən  “İqtisadiyyat” kafedrasında “Nəzəri iqtisad və sahə İqtisadiyyatı”istiqaməti üzrə ixtisas rəhbəri təyin edilmişdir.
2016-cı ildə “Elm aylığı çərçivəsində” professor-müəllim heyəti arasında keçirilən məqalə müsabiqəsində III- yerə layiq görülmüşdür.
2019-cu ildə UNEC-in təşkilatçılığı ilə ingilis dilli ədəbiyyatlara çıxış imkanlarının genişləndirilməsi müəllimlərin beynəlxalq mübadilə proqramlarında iştirakına şərait yaradılması məqsədilə  British Council-ın keçirdiyi “Academic Writing” kursunu müvəffəqiyyətlə bitirmişdir. Aptis imtahan nəticəsi olaraq B2 səviyyə sertifikatı əldə etmişdir.
2025- ci ildə UNEC- də İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə İqtisadiyyat və sosial elmlər sahəsində tədqiqatçıların I Beynəlxalq elmi konfransında fəal iştirakına görə UNEC rektorunun əmri ilə “Fəxri fərman” la təltif olunmuşdur.
18 iyun 2025-ci il tarixli, №498/3/2025 saylı əmrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə, universitetin inkişafına verdikləri töhfəyə, tələbə yönümlü fəaliyyətə və peşəkar xidmətlərinə görə “Fəxri fərman  ilə təltif edilmişdir.
2017-ci ildən UNEC-in “Gənc müəllimlər” Şurasının üzvü olmuşdur.
2014-2021-ci ilə kimi  “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasında Tələbə Elmi Dərnəyinin rəhbəri olmuşdur.
2022-cü ildən UNEC “İqtisadiyyat və idarəetmə” fakültəsində Fakültə Elmi Şurasının üzvü, UNEC FD 1.11 “İqtisadi nəzəriyyə”ixtisası üzrə  Dissertasiya Şurasının nəzdində elmi seminarın katibidir.
İqtisad üzrə fəlsəfə doktoru proqramı istiqamətində  1 dissertant və  magistranlara elmi rəhbərlik edir.
Ailəlidir, iki övladı var.