Aynurə  Həsənova  Fəxrəddin

Aynurə Həsənova Fəxrəddin

"Mühəndislik və tətbiqi elmlər" kafedrasının baş müəllimi

Avesis link
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
Həsənova Aynurə Fəxrəddin qızı Tovuz rayonunda anadan olmuşdur.
1996-cı ildə orta məktəbi bitirdikdən sonra elə həmin ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Əmtəəşünaslıq fakültəsinə daxil olmuşdur.
2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin bakalavr pilləsini bitirmişdir.
2004-cü ildə həmin fakültənin magistr pilləsini bitirmişdir.
2001-ci ildə “Qeyri ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında böyük laborant vəzifəsində işə başlamışdır. 
2009-cu ildən “Qeyri ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası” kafedrasına müəllim vəzifəsinə təyin olunmuşdur.
“Əl əməyinə qənaətetmə texnologiyasından istifadə etməklə tikiş istehsalının təşkilinin təkmilləşdirilməsi” mövzusu üzrə Milli Elmlər Akademiyasının dissertantıdır.
Hazırda "Mühəndislik və tətbiqi elmlər" kafedrasının baş müəllimidir.
1 tipik proqramın, 2 metodik göstərişin, 14 tezisin və 1 məqalənin müəllifidir.
Ailəlidir, bir övladı var.