Hüseynqulu  Quliyev  İmran

Hüseynqulu Quliyev İmran

“İqtisadi və texnoloji elmlər” kafedrasının müəllimi

Avesis link
Bakı, A.Səhhət, 45 (IV Tədris binası)
+(994) 12 541-56-93; 440-79-85
huseynqulu.quliyev@unec.edu.az
05 oktyabr 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2009-cu ildə orta məktəbi bitirmiş, 2013-cü ildə Türkiyənin Sakarya Universitetində “Fizika” ixtisası üzrə bakalavr təhsilini tamamlamışdır.
2014-cü ildə Sakarya Universitetində “Fizika” ixtisasının “Nüvə Fizikası” ixtisaslaşmasında magistratura təhsilini başa vurmuşdur.
2018-ci ildə Türkiyənin Sakarya Universitetində “Yarım-sehrli və deformasiya olunmuş cüt-cüt nüvələrdə Pygmy Dipole Rezonanslarının tədqiqi” mövzusunda “Fizika” ixtisası üzrə doktorantura təhsilini tamamlamış və 25 fevral 2021-ci il tarixində 2207.14-“Atom və nüvə fizikası” ixtisasında fizika üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi Azərbaycanda təsdiq edilmişdir.
2019–2020-ci illər arasında “Tək kütləli deformasiya olmuş nüvələrdə elektrik dipol (E1) həyəcanlanmalarının nəzəri araşdırılması” adlı TÜBİTAK 1001 (118F094) layihəsində (Sakarya Universitetində) doktorantura sonrası tədqiqatçı kimi fəaliyyət göstərmişdir.
2022–2024-cü illərdə Milli Aviasiya Akademiyasının Elmi-Tədqiqat İnstitutunun (ETİ) “Süni İntellekt Texnologiyaları” şöbəsində baş elmi işçi olaraq fəaliyyət göstərmişdir.
Həmçinin, Milli Aviasiya Akademiyasında Hava Nəqliyyatı Fakültəsinin “Uçuş aparatları və aviasiya mühərrikləri” kafedrasıyla, Fizika-Texnologiya Fakültəsinin “Ümumi və tətbiqi fizika” kafedrasında baş müəllim kimi çalışıb.
2023-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi və texnoloji elmlər” kafedrasının yarım ştat müəllimi olub ve 2024-cü ildən etibarən Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin “İqtisadi və texnoloji elmlər” kafedrasının müəllimi və “Kompüter elmləri” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə proqram rəhbəridir.
Ailəlidir və bir övladı var.