Mirsahib Eminov Mirmöhsüm
"İqtisadiyyat və işlətmə" kafedrasının müəllimi
+(994) 12 440-89-37
1989-cü ildə Naxçıvan MR, Şərur rayonu, Yuxarı Yaycı kəndində anadan olmuşdur.
1996-2007-ci illərdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 26 saylı tam orta məktəbdə təhsil almış.
2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın Hüquqi Tənzimlənməsi” ixtisasına daxil olmuş və 2011-ci ildə universiteti bitirmişdir.
2011-2012-ci illərdə hərbi xidmətdə olmuşam. 2012-2014-cu illərdə Türkiyə Cumhuriyyətində Hacettepe Universitetində “İqtisadiyyat” ixtisası üzrə magistr təhsili almışdır.
2014-cü ildə SOCAR-ın elan etdiyi ödənişli təcrübə proqramının qalibi olaraq Azəriqaz İB-də “iqtisadçı” vəzifəsində çalışaraq ödənişli təcrübə keçmişdir. Elə həmin ildə “İqtisadi və Sosial İnkişaf Mərkəzinin(CESD)” təqdim etdiyi təcrübə proqramının qalibi olmuş, mərkəzdə təcrübə proqramında iştirak etmişdir.
2015-ci ildə BOKT “VijnFond AzərKredit” MMC-nin təcrübə proqramının qalibi olaraq fondun “Mərdəkan” filialında təcrübə keçmişdir. 2017-ci ildən UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının dissertantıdır (dissertasiya mövzusu “Azərbaycanın qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb olunmasının stimullaşdırılması yolları” , ixtisas: Dünya iqtisadiyyatı).
2020-ci ildən etibarən Azərbaycan Texniki Universitetində “Sosial sahələrin iqtisadiyyatı” ixtisası üzrə 2-ci magistr təhsili almışdır.
Eyni zamanda paralel olaraq 2017-2021-ci illərdə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və İnnovativ İdarəetmə” kafedrasında 0.5 ştat, Dövlət Gömrük Komitəsinin Akademiyasında isə saathesabı müəllim olaraq çalışmışdır.
2022-ci ildə MİT(Massaçusets Texnologiya Universiteti) “micromaster” proqramında “mikroiqtisadiyyat” fənnindən Azərbaycan üzrə instruktor olaraq çalışmış.
2019-2021-ci illər UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin rəhbəri olmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində Təhlil və strateji planlaşdırma departamentinin, Təhlil şöbəsinin müdiri, UNEC ”İqtisadiyyat və İşlətmə” kafedrasında 0.5 ştat müəllim, UNEC MBA-da və Azərbaycan Texniki Universitetində isə saathesabı müəllim olaraq çalışır.
Hazırda "İqtisadiyyat və işlətmə" kafedrasının müəllimidir.