Mövlud  Fərzəliyev Pirverdi

Mövlud Fərzəliyev Pirverdi

"Biznesin idarə edilməsi" kafedrasının dosenti

Avesis link
Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6 (I Tədris binası)
+(994) 12 492-72-11;  +(994) 12 492-59-03 (11-58)
movlud.farzaliyev@unec.edu.az
Bakalavr -1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın tənzimlənməsi” fakültəsində “Qiymət və qiymətin əmələ gəlməsi” ixtisası üzrə bakalavr pilləsində (əyani) təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir.
Magistratura - 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində həmin ixtisas üzrə magistr pilləsində (əyani) təhsil almış və oranı da fərqlənmə diplomu ilə bitirmişdir.
Doktorantura - başlanma və bitmə tarixi, institut-universitetin adı, fakültə,ixtisas.
2002-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirantura pilləsində (əyani) təhsil almış və 2012-ci ildə universitetin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasında 08.00.05 – “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarə edilməsi)” ixtisası üzrə “Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialının inkişaf problemləri (ərzaq sektorunun timsalında)” mövzusunda yazdığı dissertasiya işini müdafiə etmiş və iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2002-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dünya iqtisadiyyatında informasiya texnologiyaları” (indiki “Rəqəmsal texnologiyalar və tətbiqi informatika”) kafedrasında saathesabı qaydasında müəllim kimi fəaliyyət göstərmişdir.
2009-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində MBA Proqramında saathesabı müəllim kimi fəaliyyət göstərmişdir.
2017-2022-ci illərdə  Azərbaycan Dövlət İqtisad Universitetində UNEC Biznes Məktəbinin “İqtisadiyyat və biznesin idarə edilməsi (hazırda “Biznesin idarə edilməsi”)” kafedrasının 0,5 ştat əvəzçiliklə baş müəllimi vəzifəsində çalışmışdır.
2022-ci ildən həmin kafedranın tam ştat dosenti vəzifəsində çalışır.
2008-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti UNEC Biznes Məktəbində (MBA Proqramı) marketoloq, 2011-2019-cu illərdə proqram meneceri, 2019-2023-cü illərdə direktor müavini vəzifələrində çalışmışdır.
2014-2015-ci tədris ilindən Azərbyacan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət idarəçiliyndə informasiya texnologiyaları” kafedrasında baş müəllim (əvəzçiliklə 0,5 ştat) vəzifəsində çalışır.
2023-2024-cü tədris ilindən “Qərbi Kaspi” Universitetinin “Ümumi iqtisadiyyat” kafedrasında saathesabı qaydasında müəllim kimi fəaliyyət göstərir
Azərbaycan Dövlət İqtisad Universiteti MBA Mərkəzi – i.f.d., dosent müəllim
Hazırda "Biznesin idarə edilməsi" kafedrasının dosentidir.
Main Factors Affecting the Level of ICT Use in Enterprises in Order to Improve Effectiveness of Their Decision-Making
https://ieeexplore.ieee.org/document/10313169
doi: 10.1109/AICT59525.2023.10313169
https://www.scopus.com/pages/publications/85179519759                
Assessment of the Environmental Impact of Technological Innovation Activities of Enterprises in Azerbaijan
https://doi.org/10.1007/978-3-031-81567-6_13
https://link.springer.com/chapter/10.1007/978-3-031-81567-6_13
https://www.scopus.com/pages/publications/85219129686  
Measuring the Impact of Information and Communication Technologies on Transport Sector in Azerbaijan
https://ieeexplore.ieee.org/document/10887167
https://www.scopus.com/pages/publications/105000007060