Müslüm  Mürsəlov  Mürsəl

Müslüm Mürsəlov Mürsəl

"İqtisadiyyat" kafedrasının dosenti

Avesis link
Bakı, Həsən Əliyev küçəsi, 135 (II Tədris binası)
+994 012-564-37-06
27 fevral 1971-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olmuşdur.
1988-ci ildə orta məktəbi gümüş medalla bitirmişdir.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Fərqlənmə diplomu ilə bitirmişdir.
1994-1997-ci illərdə həmin Universitetin əyani aspiranturasında təhsil almışdır.
1997-2001-ci illərdə Bakı Dövlət Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə ikinci təhsil almışdır.
1994-cü ildən “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimi olub.
20.04.2022-ci il tarixdən həmin kafedranın dosenti (0.5) vəzifəsinə keçirilib.
Hazırda "İqtisadiyyat" kafedrasının dosentidir.
2010-cu ildə İqtisadiyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün “Bazar münasibətləri şəraitində sosial infrastrukturun dövlət tənzimlənməsi  məsələləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir.
İqtisad elmləri üzrə fəlsəfə doktorudur.