Natiq  Qasımov  Əbülfəz

Natiq Qasımov Əbülfəz

“İctimai idarərtmə və sosial innovasiyalar” kafedrasının professoru

Avesis link
Bakı, Həsən Əliyev küçəsi, 135 (UNEC II Tədris binası)
492-59-03 (12 18)
19 Mart 1960-cı ildə Bakı şəhərində anadan olub.
1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1992-ci ildə Prezident  Yanında İdarəçilik Akademiyasını (qiyabi) fərqlənmə diplomu ilə bitirib.
1982-1989-cu illərdə  Azərbaycan Elmi tədqiqat kənd təsərrüfatı iqtisadiyyatın təşkili institutunda kiçik və baş elmi işçi vəzifəsində çalışıb.
1986-cı ildə AMEA İqtisadiyyat institutunda namizədlik dissertasiyasını müdafiə edib, həmin ildə Ali Attestasiya Komissiyası tərəfindən iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
1989-1993-cü illərdə Azərbaycan İqtisadçılar İttifaqında sədr müavini vəzifəsində çalışıb.
1993-1995-ci illərdə “Azəryeyintisənaye” Elmi tədqiqat institutunun direktoru vəzifəsində işləmişdir.
1992-ci ildə AAK tərəfindən dosent, 2004-cü ildə professor elmi adlarına layiq görülüb.
1995-1997-ci illərdə Azərbaycan Respubliksı Maliyyə Nazirliyində baş idarə rəisinin birinci müavini vəzifəsində çalışıb.
1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
2000-ci ildə Beynəlxalq İqtisadçılar İttifaqının həqiqi üzvü seçilib.
1997-2000-ci illərdə Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində direktor vəzifəsində işləyib.
2000-2002-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyində baş idarə rəisinin birinci müavini vəzifəsində çalışıb.
17 yanvar 2002-ci  ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Vergilər Nazirinin müavini vəzifəsinə təyin edilib. O, bu vəzifədə 2010-cu ilin aprel ayına kimi xidmət göstərib.
2005-ci ildə Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü seçilib.
2005-2010-cu illərdə Prezident yanında AAK iqtisadiyyat sahəsi üzrə ekspert kimi fəaliyyət göstərib.
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə üçüncü dərəcəli Dövlət Vergi müşaviri rütbəsi verilib.
2010-cu ildən Azərbaycan  Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasında,  2019-cu ildən “Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə” kafedrasında çalışıb.
2022-ci ildən “İctimai idarərtmə və sosial innovasiyalar” kafedrasının professordur.
Ailəlidir, iki övladı, nəvələri  var.