Nigar  Məmmədova Oktay

Nigar Məmmədova Oktay

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti

Avesis link
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
Məmmədova Nigar Oktay qızı 24 iyun 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1982-1992-ci illərdə orta məktəbdə təhsil almışdır. 1992-ci ildə Azərbaycan Texnologiya İnstitutunun Bakı filialına qəbul olunmuş, 1997-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunu bitirmişdir.
2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində  namizədlik dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
1999-cu ildən Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunda əvvəlcə baş laborant, sonra Azərbaycan Dövlət İqtisad Universitetində müəllim  vəzifələrində çalışmışdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin Ağsaqqallar Şurasının katibidir.
Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.

43 elmi əsərin (11 tezis, 12 məqalə, 16 tipik proqram, 4 dərslik) müəllifidir.